Gürcüstan Prezidenti məhbusların əfvinə moratorium qoyub
Tbilisi, 18 sentyabr, AZƏRTAC
Gürcüstan prezidenti Salome Zurabişvili məhbusların əfv məsələsinə moratorium qoyub.
AZƏRTAC xəbər verir ki, dövlət başçısı bu barədə sentyabrın 18-də keçirdiyi brifinqdə məlumat verib. O deyib: “Mən, prezident kimi, bu gündən əfv məsələsinə moratorium elan edirəm. Məhbusların və təqsirləndirilən şəxslərin əfv olunması ilə bağlı çoxlu spekulyativ hərəkətlərə yol verilirdi. Bəzi şəxslər, o cümlədən mənim parlament katibim bu məsələlərə müdaxilə etməyə çalışırdılar. Amma mən buna imkan vermədim. Əfv məsələsi şəxsən mənim səlahiyyətimə daxildir və qərarı da mən vermişəm. Mən günahımı kiminsə üzərinə qoymağı xoşlamıram. Bundan sonra baxaq görək, əfvlə bağlı hansı qaydalar tətbiq olunacaq və hansı əfvdən söhbət gedəcək”.
Onun sözlərinə görə, polis nəfərini qətlə yetirmiş məhbusun əfv edilməsi səhv addım ola bilər. Hər bir adam yanlış addım ata bilər.
Məlumat üçün qeyd edək ki, avqustun 28-də Mariamoba bayramı ərəfəsində Prezident Salome Zurabişvili 34 məhbusu, o cümlədən polis nəfərini qətlə yetirmiş cinayətkarı əfv edib. Bu da ictimaiyyət, hətta parlamentin sədri, ombudsman və digər rəsmi şəxslər tərəfindən qınağa səbəb olub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [15:09]
Tramp və Zelenski Parisdə görüşüblər
- 16.06.2026 [15:04]
Türkiyədə ilk dəfə 8 istiqamətli çarpaz qaraciyər əməliyyatı icra olunub
- 16.06.2026 [14:51]
Vyetnam 2030-cu ilə qədər yeddi yeni hava limanı inşa edəcək
- 16.06.2026 [14:25]
Yaponiya ekstremal istilərə hazırlaşır
- 16.06.2026 [13:55]
Çində 6,4 bal gücündə zəlzələ olub
- 16.06.2026 [13:47]