Gürcüstan qonşu ölkələrlə strateji əməkdaşlığa böyük əhəmiyyət verir
Tbilisi, 10 sentyabr, AZƏRTAC
Regiondakı bütün oyunçuların məsuliyyəti mövcud əlaqələri genişləndirmək, hərtərəfli sabitliyi və sülhü təşviq etməkdir. Gürcüstan bu məqsədlə çox böyük işlər görür. Bu gün Gürcüstanı Ermənistan və Azərbaycanla uzunmüddətli strateji əməkdaşlıq bağlayır. Rəsmi Tbilisi bu fakta böyük əhəmiyyət verir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstan xarici işlər nazirinin birinci müavini Laşa Darsaliya “İrəvan dialoqu” forumundakı çıxışı zamanı söyləyib.
“Biz bu gün Ermənistan ilə Türkiyə və Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün danışıqların getdiyini görürük. Rəsmi Tbilisi tərəflərin bu proseslərdə uğur qazanacağına ümid edir. Gürcüstan sülhə yönəlmiş bütün səyləri birləşdirərək qonşularını dəstəkləməyə hazırdır”, - deyə nazirin birinci müavini qeyd edib.
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]