Gürcüstan vətəndaşlarının Şengen zonasına səfəri ilə bağlı yeni qaydalar tətbiq olunur
Tbilisi, 2 fevral, AZƏRTAC
Gürcüstan vətəndaşlarının Şengen zonasına səfəri ilə bağlı yeni qaydalar tətbiq olunur.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yeni qaydalara əsasən, Avropa İttifaqı ölkələrinə vizasız səfər üçün tələb olunan sənədlər Gürcüstanın sərhəd-keçid məntəqələrində əlavə yoxlanılacaq.
Gürcüstan vətəndaşının qanunla tələb olunan sənədləri təqdim etmədiyi halda, onun ölkə sərhədini keçərək Şengen zonasına yola düşməsinə icazə verilməyəcək.
Qeyd edək ki, 2017-ci ilin martından Gürcüstan vətəndaşları Şengen zonasına turizm, işgüzar və qonaq olmaq məqsədilə vizasız qısamüddətli səfər edə (180 gün ərzində 90 gün) bilirlər. Səfərlərlə bağlı yeni sərt qaydalar Aİ ölkələrində sığınacaq axtaran Gürcüstan vətəndaşlarının sayının artması səbəbindən hazırlanıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]
Fransanın dövlət borcu rekord həddə çata bilər
- 21.09.2026 [11:53]
ABŞ-də dizelin qiyməti ilk dəfə 6,50 dolları keçib
Sabahın hava proqnozu açıqlanıb
- [12:31]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Bu gün Beynəlxalq Sülh Günüdür
- [09:00]