Gürcüstanda biznes dövriyyəsi 11,8 faiz azalıb
Tbilisi, 29 mart, AZƏRTAC
Koronavirus pandemiyasının Gürcüstan iqtisadiyyatına vurduğu ziyanın məbləği hesablanır.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidmətinin biznes sektorunda apardığı araşdırmanın nəticələrində qeyd olunub.
Məlumata görə, 2020-ci ildə ölkədə biznes dövriyyəsi dollarla müqayisədə 11,8 faiz azalaraq 33,5 milyard dollar təşkil edib. Keçən il ölkədə ən çox kiçik və orta biznes subyektləri ziyan görüb.
Böyük biznesin 7,3 faiz artması fonunda kiçik sahibkarlıq 10 faiz, orta sahibkarlıq isə 6,2 faiz azalıb. Keçən il iqtisadiyyatda kənd təsərrüfatında 21 faiz, sənaye sahəsində 1,9 faiz, təhsildə 6,2 faiz artım qeydə alınıb.
Bütün kazinoların bir ildir bağlı olmasına baxmayaraq, onlayn şans oyunlar hesabına bu sahədə irəliləyiş əldə olunub.
Bununla yanaşı, tikinti sektorunda 6,7 faiz, ticarətdə 5,3 faiz, nəqliyyat və logistika sahəsində 9,1 faiz, mehmanxana biznesində 41 faiz, administrativ xidmət sahələrində 49 faiz, səhiyyədə 1,4 faiz, digər sahələrdə isə 19 faiz azalma qeydə alınıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:28]
Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]
Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib
- 11.06.2026 [16:18]
Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb
- 11.06.2026 [15:52]
İran 408 əfqan məhbusu Əfqanıstana təhvil verib
- 11.06.2026 [15:40]