Gürcüstanda daha 216 nəfər “omikron” ştammına yoluxub
Tbilisi, 10 yanvar, AZƏRTAC
Gürcüstanda koronavirusun “omikron” ştamına yoluxanların sayı kəskin artıb. Son sutkada ölkədə daha 216 nəfərdə “omikron” ştamı aşkarlanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət Milli Mərkəzi məlumat yayıb.
Bildirilir ki, bununla da, ölkədə “omikron” ştamına yoluxanların ümumi sayı 816-ya çatıb.
Mərkəzin rəhbəri Amiran Qamkrelidze bildirib ki, ölkədə koronavirusa yoluxanların 10 faizində “omikron” ştamı aşkarlanıb.
Qeyd edək ki, son sutkada Gürcüstanda daha 2953 nəfər koronavirusa yoluxub, 31 nəfər pandemiyanın qurbanı olub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [13:18]
Böyük Britaniyada sığınacaq sistemi 5 il müddətinə dayandırıla bilər
- 12.10.2026 [13:08]
Ər-Riyad hava limanında operativ əməliyyatlar təxirə salınıb
- 12.10.2026 [12:57]
Araşdırma: Müdrikliyin əsrlər boyu dəyişməyən 6 əsas prinsipi
- 12.10.2026 [12:33]