Gürcüstanda koronavirusa yoluxanların sayı 60 mini ötüb
Tbilisi, 9 noyabr, AZƏRTAC
Gürcüstanda koronavirusa yoluxma və bu virusdan ölüm sayı yenidən artıb. Son sutkada ölkədə daha 2927 nəfərdə koronavirusa yoluxma təsdiq edilib, 24 pasiyent isə pandemiyanın qurbanı olub.
AZƏRTAC verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında məlumat verilib.
Bildirilib ki, bununla da Gürcüstanda COVID-19-a yoluxanların ümumi sayı 60 min 680-a yüksəlib. Onların 45542-si sağalıb, 499-u isə ölüb.
Qeyd olunub ki, hazırda 2982 nəfər karantin zonalarında, 4780 nəfər stasionar nəzarətdə saxlanılır.
Daha 2879 asimptomatik xəstə isə xüsusi otellərdə tibbi nəzarətdə saxlanılır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:24]
Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur
- 12.06.2026 [17:23]