Gürcüstanda koronavirusa yoluxma və ölüm halları yenidən artıb
Tbilisi, 10 noyabr, AZƏRTAC
Gürcüstanda son sutkada koronavirusa 2 970 yeni yoluxma faktı qeydə alınıb. Xəstəlikdən 2 348 nəfər müalicə olunub, 22 pasiyent isə vəfat edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi stopgov.ge saytında məlumat yerləşdirilib.
Bildirilib ki, beləliklə, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 63 min 650 nəfərə çatıb. Onların 47 390-ı sağalıb, 521-i isə ölüb.
Hazırda karantin rejimində 2 765, stasionar nəzarətdə isə 4 709 nəfər var. Daha 3 min 66 asimptomatik xəstə isə xüsusi otellərdə müalicə olunur.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]
Fransanın dövlət borcu rekord həddə çata bilər
- 21.09.2026 [11:53]
ABŞ-də dizelin qiyməti ilk dəfə 6,50 dolları keçib
Sabahın hava proqnozu açıqlanıb
- [12:31]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Bu gün Beynəlxalq Sülh Günüdür
- [09:00]