Gürcüstanda koronavirusla bağlı bəzi məhdudiyyətlər ləğv olunub
Tbilisi, 8 fevral, AZƏRTAC
Gürcüstanda koronavirusla əlaqədar tətbiq olunan məhdudiyyətlərin bir qismi fevralın 8-dən ləğv olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Qurumlararası Koordinasiya Şurası qərar qəbul edib.
Qərara əsasən bu gündən paytaxt Tbilisi də daxil olmaqla bütün böyük şəhərlərdə şəhərdaxili bələdiyyə nəqliyyatının hərəkəti, metro, avtobus və mikroavtobusların fəaliyyəti bərpa olunur.
Bundan başqa, ölkə ərazisindəki bütün qeyri-ərzaq mağazalarının, qapalı bazarların fəaliyyəti bərpa edilir.
Qida müəssisələri və restoranların fəaliyyətinə isə fevralın 15-dən icazə veriləcəyi bildirilir.
Qərarda qeyd olunur ki, böyük şəhərlərdə bərpa edilən sahələr üzrə məhdudiyyətlər şənbə və bazar günləri qüvvədə qalacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]