Gürcüstanda yüngül nəqliyyat vasitələrinə aksiz vergisinin tətbiqi qaydaları dəyişib
Tbilisi, 31 mart, AZƏRTAC
Gürcüstan Parlamenti Vergi Məcəlləsinə yüngül nəqliyyat vasitələrinə aksiz vergisinin tətbiqi qaydalarını dəyişdirən düzəlişi qəbul edib.
AZƏRTAC xəbər verir ki, 74 deputat layihənin lehinə, 10 deputat isə əleyhinə səs verib.
Qanuna əsasən, istismar müddəti 0-dan 6 ilə qədər olan nəqliyyat vasitələri üçün aksiz vergisi dərəcəsi mühərrikin həcminin 1 kubsantimetri üçün 1,5 lari, 6 ildən yuxarı nəqliyyat vasitələrinə isə 1 kubsantimetr üçün 4,5 lari müəyyən edilib.
Mövcud qaydalara bənzər qanunvericilik dəyişikliyi ilə baza dərəcəsindən fərqli xüsusi dərəcələr qüvvədə qalır.
Dəyişiklik Gürcüstana idxal edilən və ya daşınması aprelin 2-dən əvvəl başlayan nəqliyyat vasitələrinə şamil edilməyəcək. Bu halda, bu dəyişikliyə qədər qüvvədə olan tariflər tətbiq olunacaq.
Bundan əlavə, nəqliyyat vasitəsi quru nəqliyyatı ilə və ya öz gücü ilə daşınırsa, qanunun qüvvəyə minməsindən əvvəl qüvvədə olan tariflərin iyulun 1-dək Gürcüstan ərazisinə idxal edildiyi təqdirdə tətbiq olunacağı əlavə bir şərt müəyyən edilir.
Qnun 2026-cı il aprelin 2-dən qüvvəyə minəcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [13:12]
Belçika plastik qablaşdırma tullantılarının təkrar emalında artım əldə edib
- 09.06.2026 [13:05]
Nəsli kəsildiyi düşünülən albatroslar Yaponiyada yenidən çoxalır
- 09.06.2026 [12:52]
Fransa AASM bombalarının istehsalını 6 dəfə artırır
- 09.06.2026 [12:42]
Çin XİN: Yaxın Şərqdə problemlərin həlli hərbi yolla mümkün deyil
- 09.06.2026 [12:41]
Polşa və Almaniya gəncləri qatarlarda ödənişsiz səyahət edə biləcəklər
- 09.06.2026 [12:35]
Qətərə aid sayca 5-ci LNG tankeri Hörmüz boğazından keçib
- 09.06.2026 [12:33]
Futbol üzrə DÇ ABŞ şəhərləri üçün vəd olunan iqtisadi buma çevriləcəkmi?
- 09.06.2026 [12:31]
Pskov hava limanında uçuşlar dayandırılıb
- 09.06.2026 [12:25]