Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Azərbaycana səfəri başa çatıb
Bakı, 20 sentyabr (AZƏRTAC). Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Azərbaycana səfəri sentyabrın 20-də başa çatıb.Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstanın Baş nazirini Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev və digər rəsmi şəxslər yola saldılar.