Gürcüstanın Baş naziri İslandiya Prezidenti ilə enerji sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər
Tbilisi, 6 mart, AZƏRTAC
Gürcüstanda səfərdə olan İslandiya Prezidenti Qudni Yohannesson bu ölkənin Baş naziri İrakli Kobaxidze ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Hökumət administrasiyası məlumat yayıb. Bildirilib ki, görüşdə İslandiya ilə Gürcüstan arasında mövcud münasibətlər və əməkdaşlıq perspektivləri diqqət mərkəzində olub.
Söhbət zamanı, ikitərəfli əlaqələrin inkişafı üçün qarşılıqlı səfərlərin artırılmasının vacibliyi qeyd olunub. Beynəlxalq platformalarda fəal tərəfdaşlığın vacibliyi vurğulanıb.
Tərəflər iki ölkə arasında ticarət, iqtisadiyyat, enerji və turizm sahələrində əlaqələri də müzakirə edib, bu sahələrdə əməkdaşlıq potensialından maksimum istifadənin zəruriliyini qeyd ediblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [20:28]
Tramp husilərə xəbərdarlıq edib
- 13.10.2026 [20:24]
ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək
- 13.10.2026 [20:21]
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir
- 13.10.2026 [18:49]
Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib
- 13.10.2026 [18:42]