Gürcüstanın daxili işlər naziri Türkiyəyə rəsmi səfər edəcək
Tbilisi, 23 dekabr, AZƏRTAC
Gürcüstanın daxili işlər naziri Geka Geladze nümayəndə heyəti ilə birlikdə bu gün Türkiyə Respublikasına rəsmi səfər edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Gürcüstan nümayəndə heyətinin Türkiyənin daxili işlər naziri Əli Yerlikaya ilə görüş keçirəcək. Görüş zamanı Gürcüstan ilə Türkiyə arasında hüquq-mühafizə sahəsində mövcud əməkdaşlıq, tərəfdaşlığın daha da dərinləşdirilməsi perspektivləri və əməkdaşlığın prioritet istiqamətləri müzakirə olunacaq. Bundan əlavə, Gürcüstanın daxili işlər naziri Türkiyənin Daxili İşlər Nazirliyinin polis bölmələrinə baş çəkəcək, onların fəaliyyəti, iş xüsusiyyətləri və mövcud infrastrukturu ilə yerində tanış olacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [12:32]
Fransanın dəmir yolçuları kütləvi tətilə hazırlaşırlar
- 04.06.2026 [12:18]
ABŞ-nin sutkalıq neft hasilatı 13,7 milyon barelə geriləyib
- 04.06.2026 [12:08]
Fransa Ukraynaya “Rafale” və “Mirage 2000-5” qırıcıları tədarük edəcək
- 04.06.2026 [12:04]
Kim Çen In: Şimali Koreya nüvə materialı istehsal gücünü ikiqat artırıb
- 04.06.2026 [12:01]
Pentaqon yanacağın bahalaşmasına görə hərbi təlimləri ləğv edir
Bu saata olan əsas xəbərlər
- [12:00]
ABŞ-nin neft ehtiyatları azalıb
- [11:16]
Xəzərdə zəlzələ olub
- [07:20]