Gürcüstanın dövlət borcu ÜDM-in 58 faizini təşkil edəcək
Tbilisi, 3 iyun, AZƏRTAC
Cari ildə Gürcüstanın dövlət borcunun əsaslı şəkildə artacağı gözlənilir.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat hökumətin yenilənmiş makroiqtisadi proqnozunda əksini tapıb.
Bildirilir ki, 2020-ci ildə Gürcüstanın dövlət borcunun ümumi daxili məhsuldakı (ÜDM) payı 58 faiz olacaq. Bunun da 46,2 faizini xarici, 11,8 faizini isə daxili borc təşkil edəcək.
Proqnozlara əsasən, 2021-2024-cü illərdə dövlət borcunun davamlı azaldılması və onun ÜDM-dəki payının 54,5 faizə enəcəyi nəzərdə tutulur.
Sənəddə, həmçinin bildirilib ki, koronavirus pandemiyasına görə Gürcüstanda ÜDM-in 4 faiz azalacağı gözlənilir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [17:29]
Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb
- 09.10.2026 [14:13]
Yaponiyada qida istehlakı vergisi azaldılır
- 09.10.2026 [14:01]
Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb
- 09.10.2026 [13:45]
Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır
- 09.10.2026 [12:44]