Gürcüstanın hakim partiyası “BBC” telekanalını məhkəməyə verir
Tbilisi, 1 dekabr, AZƏRTAC
Gürcüstanın hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası “BBC” telekanalına qarşı hüquqi iddia qaldıracaq.
AZƏRTAC xəbər verir ki, bu barədə partiya bəyanat yayıb. Bəyanatda qeyd olunur ki, partiyanın əsas məqsədi yalan məlumatlar yayan media orqanlarını məsuliyyətə cəlb etməkdir. Sənəddə deyilir: “BBC bu gün səhər yayımladığı məqalədə Gürcüstan hökumətinə qarşı absurd və sübutsuz ittihamlar irəli sürüb. Məqalədə, o cümlədən Daxili İşlər Nazirliyinin mitinqlər zamanı kimyəvi maddələrdən istifadə etməsi ilə bağlı yalan iddialar yer alıb”.
Qeyd olunub ki, məqalədəki ittihamlar əsasən konkret şəxslərin və qanunsuz mitinqlərin iştirakçılarının hekayələrinə əsaslanır və hökumətin cavabları dərc olunmayıb.
Hakim partiyanın ictimaiyyətlə əlaqələr xidməti bildirib ki, BBC-yə əvvəlcədən bütün suallar üzrə cavablar təqdim olunub, lakin bu cavablar məqalədə işıqlandırılmayıb. Partiya BBC-ni qondarma "jurnalist araşdırması" adı altında dövlətçiliyi ləkələməkdə ittiham edir və yalan yaydığı üçün bütün mümkün hüquqi vasitələrdən istifadə ediləcəyini bildirir.
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]
Fransanın dövlət borcu rekord həddə çata bilər
- 21.09.2026 [11:53]
ABŞ-də dizelin qiyməti ilk dəfə 6,50 dolları keçib
Sabahın hava proqnozu açıqlanıb
- [12:31]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Bu gün Beynəlxalq Sülh Günüdür
- [09:00]