Gürcüstanın Kartsaxi bölgəsində BTQ üçün yeni konteynerlərin boşaldılması məntəqəsi yaradılıb
Tbilisi, 6 avqust, AZƏRTAC
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstan hissəsində iritonnajli konteynerlərin boşaldılması məntəqəsi yaradılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə dəmir yolu layihəsinin Gürcüstan tərəfi məlumat yayıb.
Bildirilib ki, mexanikləşdirilmiş məntəqə Gürcüstanın Kartsaxi stansiyasında quraşdırılıb və 46 ton yükqaldırma gücünə malik kranla təchiz olunub.
Qeyd olunub ki, BTQ-nin Gürcüstan hissəsində işlər fəal şəkildə davam etdirilir. İşlərin yaxın aylarda başa çatdırılması nəzərdə tutulub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:53]
Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir
- 11.06.2026 [18:43]
OPEC: Bu il qlobal neft tələbatı sutkada 106 milyon barel olacaq
- 11.06.2026 [17:59]