GÜRCÜSTANIN KEÇMİŞ QUBERNATORLARINDAN BİRİNİN HƏBSİNƏ SANKSİYA VERİLMİŞDİR
AZƏRTAC-ın Tbilisidən aldığı xəbərə görə, Gürcüstan paytaxtının rayon məhkəmələrindən biri Kvemo Kartli bölgəsinin sabiq qubernatoru Levan Mamaladzenin həbsinə sanksiya vermişdir. O, maliyyə fırıldaqları və rüşvətxorluqda təqsirləndirilir.
Tbilisi Prokurorluğu istintaq şöbəsindən bildirmişlər ki, Mamaladze hazırda Gürcüstan ərazisində deyil, onun barəsində axtarış elan olunmuşdur. Sabiq qubernator “Kvartsit” qızılçıxarma müəssisəsində maliyyə fırıldaqlarında əli olmaqda ittiham edilir. Bu müəssisədə qızıl külçələr dəfələrlə oğurlanmışdır. O, əcnəbi vətəndaşdan rüşvət almaqda da təqsirləndirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]
Fransanın dövlət borcu rekord həddə çata bilər
- 21.09.2026 [11:53]
ABŞ-də dizelin qiyməti ilk dəfə 6,50 dolları keçib
Sabahın hava proqnozu açıqlanıb
- [12:31]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Bu gün Beynəlxalq Sülh Günüdür
- [09:00]