GÜRCÜSTANIN YENİ PREZİDENTİ ÜÇÜN YENİ İQAMƏTGAH HAZIRLANIR
Nəzərdə tutulduğuna görə, onun üçün iqamətgah Tbilisinin qədim məhəllələrindən birində - Avlabardakı XIX əsr tikilisində olacaqdır. Vaxtilə çar jandarmeriyasının yerləşdiyi həmin bina hazırda Tbilisi şəhər yol polisinə məxsusdur. Binanın zirzəmisi uçurularkən burada insan sümükləri aşkar edilmişdir. Mütəxəssislərin ehtimalınca, çar jandarmaları işgəncə verdikləri adamları həmin zirzəmidəcə qətlə yetirirlərmiş.
Gürcü memarları binanın klassik üslubda yeni layihəsini hazırlamışlar. Onlar binanın ortasında yerləşən geniş meydanda 2003-cü il noyabr inqilabının rəmzi olan qızıl gül baxçası salınmasını da nəzərdə tutmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]
Fransanın dövlət borcu rekord həddə çata bilər
- 21.09.2026 [11:53]
ABŞ-də dizelin qiyməti ilk dəfə 6,50 dolları keçib
Sabahın hava proqnozu açıqlanıb
- [12:31]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Bu gün Beynəlxalq Sülh Günüdür
- [09:00]