Gürcüstanla Rumıniya arasında əməkdaşlığın istiqamətləri müzakirə edilib
Tbilisi, 7 mart, AZƏRTAC
Gürcüstan parlamentinin xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze Rumıniya Senatı sədrinin müşaviri İulian Çifu ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, tərəflər iki ölkə arasında əməkdaşlığın istiqamətlərini müzakirə ediblər. Bundan başqa, Gürcüstan parlament nümayəndə heyətinin gələn həftə Rumıniyaya planlaşdırılan səfəri, regional təhlükəsizlik məsələləri və mövcud çağırışlar müzakirə edilib.
Görüşdə Abxaziya və Tsxinvali bölgəsində davam edən işğal, Ukraynadakı vəziyyətin regional və qlobal təhlükəsizliyə təsiri, Cənubi Qafqaz regionunda cərəyan edən proseslər nəzərdən keçirilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [22:44]
Zelenski: ABŞ Prezidentinin köməyi ilə qışa qədər müharibə başa çata bilər
- 22.09.2026 [22:35]
Tramp: Putin və Zelenski müharibənin başa çatmasını istəyirlər
- 22.09.2026 [22:16]
ABŞ Prezidenti: İranla görüş çox yaxşı keçdi
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]