REGİONLAR
Hacıqabul polisi 30 aztəminatlı ailəyə ərzaq yardımı edib
Hacıqabul, 10 aprel, Mahir Babayev, AZƏRTAC
Koronavirus (COVID-19) pandemiyası ilə mübarizə məqsədilə gücləndirilmiş iş rejimində fəaliyyət göstərən polis əməkdaşları, eyni zamanda, vətəndaşlara humanitar yardımlar da edirlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları “Evdə qal!” kampaniyası çərçivəsində 30 aztəminatlı ailəyə və tənha yaşayan yaşlı insanlara ərzaq yardımı göstəriblər.
Polis əməkdaşları onlarla profilaktiki söhbətlər apararaq, tətbiq olunan xüsusi karantin rejiminin vətəndaşlar arasında koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması məqsədi daşıdığını bildiriblər.