Hacıqabulda avtomobil kanala aşıb
Hacıqabul, 3 mart, Mahir Babayev, AZƏRTAC
Hacıqabulda avtomobil kanala aşıb. Hadisə nəticəsində iki nəfər xəsarət alıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəza rayonun Abdulabad kəndində baş verib. Kanalın üzərindəki ensiz körpüdən keçmək istəyən Ağsu rayon sakini Xəyyam Mehdiyevin idarə etdiyi VAZ 2107 markalı avtomobil aşıb. Nəticədə sürücü xırda sümük sınıqları ilə xəsarət alıb. O, Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdirilib.
Avtomobildə olan sərnişin Təzəgül Mehdiyeva yüngül xəsarət alıb, ona ambulator yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, bu, son beş gündə həmin körpüdə ikinci avtomobil qəzasıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [19:44]
Azərbaycanda ilk dəfə heyvandarlıqda məhsul subsidiyası tətbiq ediləcək
- 16.06.2026 [19:36]
Tovuzda 22 yaşlı oğlan çayda batıb
- 16.06.2026 [18:49]
Qubada sürüşmə baş verən ərazidən REPORTAJ VİDEO
- 16.06.2026 [18:33]
Bölgələrdə 37 günərzi qayğı mərkəzi fəaliyyət göstərir
- 16.06.2026 [18:05]