Hacıqabulda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib
Hacıqabul, 27 may, Mahir Babayev, AZƏRTAC
Hacıqabulda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə ötən gecə Bakı-Qazax magistral avtomobil yolunun rayonun Atbulaq kəndi ərazisində qeydə alınıb.
Rayonun Qızılburun kənd sakini, 1972-ci il təvəllüdlü Nəzərov Zahid Niyyət oğlu yolu keçərkən minik avtomobili onu vurub. Piyada aldığı xəsarətdən dünyasını dəyişib.
Qəza törədən sürücü hadisə yerindən yayınıb.
Hazırda polis həmin sürücünün müəyyən edilərək saxlanması istiqamətində əməliyyat-axtarış tədbirləri aparır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [19:44]
Azərbaycanda ilk dəfə heyvandarlıqda məhsul subsidiyası tətbiq ediləcək
- 16.06.2026 [19:36]
Tovuzda 22 yaşlı oğlan çayda batıb
- 16.06.2026 [18:49]
Qubada sürüşmə baş verən ərazidən REPORTAJ VİDEO
- 16.06.2026 [18:33]
Bölgələrdə 37 günərzi qayğı mərkəzi fəaliyyət göstərir
- 16.06.2026 [18:05]