Hakerlər xəstəxana serverinə kiberhücum ediblər
Berlin, 31 mart, AZƏRTAC
Almaniyanın Lippştadt şəhərindəki klinikanın serverinə kiberhücum yeni pasiyentlərin qəbulunda fasilə yaranmasına səbəb olub.
AZƏRTAC xəbər verir ki, cinayətkarlar tərəfindən bu müalicə müəssisəsinin kompüter sisteminə zərərli proqramın məsafədən daxil edilməsi nəticəsində xəstəxananın işçi heyəti bu günə təyin olunmuş bütün əməliyyatları təxirə salmağa məcbur olub.
Klinikanın bütün informasiya-kommunikasiya sistemi “donub”, pasiyentlərin qeydiyyata alınması və onların epikrizlərinin sənədləşdirilməsi proqramı korlanıb. Burada haker hücumunun nəticələri aradan qaldırılana qədər yalnız təxriəsalınmaz xidmətlər göstəriləcək.
Hadisə ilə əlaqədar cinayət işi başlanıb.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]
Ankara Böyükşəhər Bələdiyyəsinin sədri CHP-dən istefa verib
- 23.09.2026 [15:00]