Hakimlər üçün cinayət hüququ və cinayət prosesi üzrə təlimlər keçirilib
Bakı, 26 yanvar, AZƏRTAC
Ədliyyə Nazirliyinin təşkilatçılığı, Məhkəmə-Hüquq Şurası və Ali Məhkəmənin birgə dəstəyi ilə hakimlər üçün cinayət hüququ və cinayət prosesi üzrə təlimlər keçirilib.
Bu barədə AZƏRTAC-a Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, təlimlər Almaniyanın Hamburq Regional Məhkəməsinin hakimi Anastasiya Moys tərəfindən aparılıb. Hakimlərin təlimçi kimi inkişaf etdirilməsi və gələcəkdə onların vasitəsilə digər hakimlərin və hakimliyə namizədlərin bilik və bacarıqlarının artırılması məqsədilə təşkil olunan təlimlərdə müxtəlif instansiya məhkəmələrinin hakimləri iştirak edib.
Qeyd edək ki, ölkəmizdə hakim korpusunun komplektləşdirilməsi, məhkəmə hakimiyyətinin peşəkar hakimlərlə təmin olunması və bu çərçivədə hakimlərin hazırlığının təkmilləşdirilməsi məqsədilə hakimliyə namizədlərin ilkin uzunmüddətli təlimi və hakimlərin davamlı tədrisi Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir.