Hamed Alqaseer: Bəhreyn və Azərbaycan arasında şəhərsalma sahəsində əməkdaşlığın inkişafını müsbət qiymətləndirirəm VİDEO
Bakı, 20 may, AZƏRTAC
Bakıda İçərişəhəri ziyarət etdik və bu təcrübə çox dəyərli oldu. Şəhərin tarixi mühiti bizim inkişaf etdirməyə çalışdığımız şəhər modelləri üçün də ilhamvericidir. Biz də “mərhələli şəhər inkişafı” konsepsiyası üzərində işləyirik və burada gördüyümüz təcrübələrdən həm ticarət, həm təhsil, həm də mədəni və dini aspektlərdə faydalanırıq.
Bunu AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Bəhreyn Mənzil və Şəhərsalma Nazirliyində köməkçi menecer Hamed Alqaseer deyib.
O bildirib ki, WUF13-də Azərbaycan gəncləri və akademik mühitindən də çox şey öyrənmək mümkündür. “Bakıda keçirilən WUF13 mənim üçün çox yaxşı təcrübədir. Burada müxtəlif mədəniyyətləri təmsil edən insanlarla ünsiyyət qurmaq və təcrübə mübadiləsi aparmaq çox önəmlidir. Bəhreyn və Azərbaycan arasında şəhərsalma sahəsində əməkdaşlığın inkişafını da çox müsbət qiymətləndirirəm”,- deyə Hamed Alqaseer əlavə edib.