Hanter Bayden Konqresdə ifadə verəcəkmi?
Bakı, 9 dekabr, AZƏRTAC
ABŞ Prezidentinin oğlu Hanter Baydenin Amerika liderinin impiçmenti ilə bağlı yaxın günlərdə Konqresdə keçiriləcək dinləmələrdə ifadə verib-verməyəcəyi barədə fikrini dəqiqləşdirməyib.
AZƏRTAC xəbər verir ki, bunu Hanter Baydenin vəkili Ebbi Louell deyib.
Vəkil bundan öncə ABŞ Nümayəndələr Palatasının nəzarət və hesabat komitəsinin sədri Ceyms Komerə məktub yazaraq Hanterin ictimai dinləmələrdə ifadə verməyə hazır olduğunu bildirmişdi. Ebbi Louellin sözlərinə görə, dinləmələrin ictimai xarakter daşıması prosesi daha şəffaf edəcək, o cümlədən stenoqramlarla manipulyasiyanın, maddi sübutların saxtalaşdırılmasının və mətbuatda birtərəfli yanaşmanın qarşısını alacaq.
Ceyms Komer isə Hanter Baydenin Konqres qarşısında açıq ifadəsinin qapalı dinləmələri əvəz etməyəcəyini deyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [14:30]
Rumen Radev Ukraynaya silah tədarükünün dayandırıldığını açıqlayıb
- 10.06.2026 [14:26]
Qazaxıstan ABŞ şirkətlərini nadir metal yataqlarının işlənməsinə dəvət edib
- 10.06.2026 [14:12]
İsveçdə partiya liderinin çoxminlik tirajı olan kitabı müzakirə edilir
- 10.06.2026 [14:04]
Gürcüstanda keçirilən əməliyyat zamanı 119 nəfər saxlanılıb
- 10.06.2026 [14:03]
İran Amerika bazasındakı dörd obyektə zərbə endirib
- 10.06.2026 [13:22]
ABŞ-nin neft hasilatında məhdud artım gözlənilir
- 10.06.2026 [13:20]
Fransada dəmiryol işçilərinin aksiyası problemlər yaradıb
- 10.06.2026 [13:19]