Azərbaycan Dövlət İnformasiya Agentliyi

HARAYA ÜZ TUTMALI: KİTAB MAĞAZASINA, YOXSA “GOOGLE” SAYTINA?

Praqa, 19 sentyabr (AZƏRTAC). Çexiyada təzə kitab almaq istəyən hər bir mütaliə həvəskarının təxminən iki ildən sonra özünə sərlövhəyə çıxarılmış bu sualı verəcəyi istisna olunmur. Ona görə ki, “Google” korporasiyasının istifadəyə verməyə hazırlaşdığı “Google Books Library” elektron kitabxanasında avropalı müəlliflərin minlərlə əsəri üçün də yer tapılmışdır. Lakin Çexiya Kitab Ticarətçiləri və Naşirlər İttifaqı amerikalıların əlində alətə çevrilmək fikrində deyil və öz müəlliflərinin hüquqları uğrunda sona qədər mübarizə aparmağa hazırlaşır.

Çexiya Kitab Ticarətçiləri və Naşirlər İttifaqının nümayəndələri media nəhəngi “Google” şirkətini açıq-aşkar “pirat” adlandırırlar. 2004-cü ildən bəri bu şirkətin elektron kitabxanasına hər gün 4 min yeni kitab əlavə edilir və hazırda həmin kitabxanada 7 milyona yaxın adda kitab vardır. Çexiyalı naşirlər “Google” saytına müraciət edəndə dəhşətə gəlmişlər, çünki hər bir çexin qəlbən özünə yaxın hesab etdiyi əsərlərin - Bojena Nemtsevonanın “Nənə”, Yaroslav Qaşekin “Qoçaq əsgər Şveykin sərgüzəştləri”, Yan Nerudanın “Malostranski povestləri” və başqa kitabların rəqəmsal variantları “Google Books Library” kitabxanasının “Çex ədəbiyyatının qızıl fondu”na daxil edilmişdir.

Korporasiyanın milyonlarla kitabı müəlliflərin xəbəri olmadan rəqəmsal formata çevirmək barədə planından narazı olan təkcə çexiyalı naşirlər deyil. Amerika Naşirlər Assosiasiyası və ABŞ Müəlliflər Gildiyası 2005-ci ildə “Google” şirkətini məhkəməyə vermişdi. Bu çəkişmə iddiaçılarla cavabdeh arasında barışıq sazişi ilə nəticələnmişdir. Əgər Nyu-York məhkəməsi oktyabrın əvvəlində həmin sazişi təsdiq edərsə, İnternet kitabxananın açılması üçün “yaşıl işıq” yandırılacaqdır. Lakin Çexiya Kitab Ticarətçiləri və Naşirlər İttifaqı onu da vurğulayır ki, adıçəkilən barışıq sazişində yalnız amerikalı naşirlərin maraqları nəzərə alınmışdır və həmin saziş Avropada qəbul edilmiş müəlliflik hüququ ilə bir araya sığmır. Bununla belə, hamı başa düşür ki, kitabların rəqəmsal surətlərinin Amerika İnternet şəbəkəsində yerləşdirilməsi nəticəsində həmin kitablar Ümumdünya Şəbəkəsinin bütün istifadəçilərinin sərəncamına keçəcəkdir.

Barışıq sazişinə görə, “Google” ABŞ-da kommersiya yolu ilə əldə edilə bilməyən kitabların rəqəmsal surətlərini İnternetdə yerləşdirə bilər. Avropada nəşr edilən kitabların demək olar ki hamısı, o cümlədən bestsellerlər həmin kateqoriyaya uyğun gəlir. Lakin bir məsələ aydın deyil: “Kommersiya yolu ilə əldə edilə bilməyən kitab” nə deməkdir? Çexiyada kitab satışı ilə məşğul olan bir neçə distribyutor firması fəaliyyət göstərir. Onlar hansı kitabların bazardan almağın mümkün olması və hansı kitabların artıq tamamilə satılması barədə məlumat təqdim edə bilərlər, lakin Çexiyada bəzi naşirlər öz kitablarını özləri yayır və informasiya bazasında həmin kitabları əldə etməyin nə dərəcədə mümkün olması barədə məlumat yoxdur. Bu o deməkdirmi ki, həmin naşirlərin kitabları “kommersiya yolu ilə əldə edilə bilməyən kitab” hesab edilməlidir?

Çexiyalı naşirlər “Google Books Library” kitabxanası ilə tanış olaraq aydınlaşdırmışlar ki, onlarda satılan kitabların 95 faizi orada “kommersiya yolu ilə əldə edilə bilməyən kitablar” kimi göstərilmişdir. Düzdür, bu kitabların əksəriyyəti hələ rəqəmsal formaya çevrilməmişdir, lakin İnternet nəhənginin skanerinin gec-tez onları da “həzm” edəcəyi sübhəsizdir.

Müəllif hüquqlarının qorunmasında müddəti keçmiş kitablarla əlaqədar heç bir çətinlik yaranmır. Müəllifin vəfatından 70 il sonra onun kitabları sərbəst nəşr edilə bilər. “Kommersiya yolu ilə əldə edilə bilməyən” əsərlər və “yetim” kitablar, yəni müəllif hüquqlarının qorunma müddəti formal baxımdan hələ başa çatmamış, lakin bu hüquqların kimə məxsus olmasını aydınlaşdırmaq mümkün olmayan kitablarla əlaqədar problemlər qarşıya çıxır. Çexiya qanunlarına görə, bu cür “yetim” kitabların müəllifini tapmaq mümkün olmadıqda belə, müəllifin razılığı olmadan həmin kitablar nəşr edilməməlidir. “Google” isə bu cür kitabları da skanerdən keçirir. Belə əsərlərin ictimaiyyət üçün hansı yolla əlyetərli edilməsi məsələsi uzaq məsafəyə qaçış yarışlarına oxşayır. Bu məsələ Avropa İttifaqında həllini gözləyir, hələlik isə hər iş qanunla müəyyən edilmiş prosedur üzrə davam edir. Çexiyalı naşirlərin fikrincə, “Google” korporasiyasının hərəkətləri Avropa müəllif hüququ normalarına ziddir. “Google” korporasiyasının Çexiyadakı nümayəndəliyi isə narazı naşirləri sakitləşdirərək, onların xahişinə əsasən çex kitablarının elektron kitabxanadan çıxarılacağını vəd edir. Lakin həmin kitabların çıxarılması ikinci addım olacaqdır, əvvəlcə bütün kitablar şəbəkəyə salınacaqdır.

Bəs, çexiyalı naşirlərin “Google” ilə onların da maraqlarını nəzərə alan barışıq sazişi bağlamaq şansı varmı? Kitab Ticarətçiləri Birliyinin İdarə Heyətinin sədri Marek Peçenka demişdir: “Biz “Google” ilə saziş bağlamağın əleyhinə deyilik, bu şərtlə ki, həmin saziş Avropada qüvvədə olan müəllif hüququ prinsiplərinə əsaslansın. Avropada hər hansı kitabın dərc edilməsindən və yayılmasından əvvəl lisenziya sazişi bağlanır. “Google” korporasiyasının barışıq sazişində isə bu barədə heç nə deyilmir. Ona görə də belə saziş bizim üçün məqbul deyildir”.

Avropalı naşirlərin elektron kitabxana layihəsinə etirazı “Google” şirkətini narahat etməyə başlamışdır. Korporasiyanın bir neçə əməkdaşına tapşırılmışdır ki, Avropada vəziyyəti tənzimləsinlər. Lakin Çexiya Kitab Ticarətçiləri və Naşirlər İttifaqının nümayəndələrinin fikrincə, Amerikanın bu nəhəngi çox güman ki, avropalıların şərtlərini qəbul edə bilməyəcəkdir. Marek Peçenka demişdir: “Google” korporasiyasının bu işi həmin layihənin həyata keçirildiyi sürətlə görməsi texniki baxımdan qeyri-mümkündür. Gündə 4 min kitabı skanerdən keçirmək və gündə 4 min lisenziya müqaviləsi bağlamaq ayrı-ayrı məsələlərdir. Lisenziya sazişlərinin bağlanması asan iş deyil, çünki bu halda təkcə mətnlərdən yox, həm də illüstrasiya və qrafik işlərdən söhbət gedir, “Google” isə məsələnin bu aspektlərinə əhəmiyyət vermir, çünki o, mətnləri İnternetdə mümkün qədər qısa müddətdə yerləşdirməyə çalışır”.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib