Havanın minimum temperaturu Gədəbəy, Qazax və İsmayıllıda qeydə alınıb
Bakı, 22 dekabr, AZƏRTAC
Respublikanın əksər bölgələrində dekabr ayının ikinci ongünlüyündə hava şəraiti az yağıntılı keçib. Havanın orta temperaturu çoxillik iqlim normasından 1-3º yüksək, ötən ilin göstəriciləri ilə müqayisədə isə 1-2º aşağı olması ilə səciyyələnib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, havanın dekadalıq orta temperaturu paytaxt üzrə Maştağada 8,4º, Qarabağ bölgəsi, Mil-Muğan və Mərkəzi Aranda 6-7º, Gəncə-Goranboyda 5-6º, Şəki-Zaqatalada 4-5º, Tovuz-Qazax, Quba və Dağlıq Şirvan bölgəsində 4º, Lənkəran-Astarada 5-8º isti qeydə alınıb.
Havanın minimum temperaturu Gədəbəy, Qazax və İsmayıllıda 3º şaxta, Quba və Tovuzda 2º şaxta, Şamaxı, Qəbələ və Ceyrançöldə 1º şaxta, Göyçay, Cəfərxan, Şəki və Zaqatalada 0º, Zərdab, Lənkəran və Gəncədə 1º isti, Bərdədə 3º isti, Maştağa və Acınohurda isə 4º isti təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]