HAZIRDA BAKI BUXTASINA AXIDILAN ÇİRKLİ SULARIN QARŞISININ ALINMASI ƏSAS MƏSƏLƏDİR
Bakı, 17 sentyabr (AZƏRTAC). Bakı buxtasında suyun təmizlənməsi üçün dənizin dibinə müdaxilə etmək lazim deyildir. Belə halda dibdəki çirkablar qalxacaq və vəziyyət daha da kəskinləşəcəkdir. Orada milyon kubmetrlərlə çöküntü vardır. Təbiət özü onu neytrallaşdırır. Hazırda əsas məsələ oraya axıdılan kanalizasiya sularının qarşısının alınmasıdır.
Bunu jurnalistlərə “Azərbaycan yaşıl dünya naminə” adlı beynəlxalq sərgidə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bildirmişdir.
Nazir sözünə davam edərək demişdir: “Mən buna zəmanət verə bilərəm ki, bu problem həll edilsə, iki ildən sonra Bakı buxtasının suyu təmizlənəcək, 5-10 ilə isə dibindəki çöküntülər neytrallaşacaqdır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]