Həftəsonu Bakı metrosunun iş rejimi iki saat uzadılacaq
Bakı, 13 sentyabr, AZƏRTAC
Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar “Bakı Metropoliteni” QSC-nin iş rejimi dəyişdiriləcək.
Bakı metrosundan AZƏRTAC-a bildirilib ki, “Bakı Metropoliteni” QSC yarış təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin müraciətinə müsbət cavab verib.
Avtomobil yürüşü günlərində şəhər mərkəzində keçiriləcək kütləvi-mədəni tədbirlərə görə, sentyabrın 13-dən 14-nə və ayın 14-dən 15-nə keçən gecələr Bakı metrosunun iş rejimi iki saat uzadılacaq.
Şənbə və bazar günlərinə keçən gecələr metronun bütün stansiyalarının qapıları gecə saat 02:00-a qədər girişə açıq olacaq. Sərnişinlər stansiyalar üzrə mənzil başına çatdırılana qədər xətlərdə qatarların hərəkəti təmin ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [21:47]
Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
- 13.10.2026 [21:03]
Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq
- 13.10.2026 [19:06]
Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
- 13.10.2026 [19:04]
Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub
- 13.10.2026 [19:01]
Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir
- 13.10.2026 [18:55]
AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir
- 13.10.2026 [18:15]
Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub
- 13.10.2026 [18:14]
Mərkəzi Bank: Əhalinin borc yükü artıb
- 13.10.2026 [18:13]