Həftəsonu səyahətə çıxmağı planlaşdıranlar üçün hava proqnozu açıqlanıb
Bakı, 12 oktyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti həftəsonu - oktyabrın 13-14-də səyahətə çıxmağı planlaşdıranlar üçün hava proqnozunu açıqlayıb.
Departamentdən AZƏRTAC-a verilən xəbərə görə, Böyük və Kiçik Qafqaz bölgəsinin bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Havanın maksimal temperaturu dağətəyi rayonlarda 13-18°, dağlıq rayonlarda 8-13° isti olacaq.
Lənkəran-Astara bölgəsinə üz tutanları arabir yağışlı hava şəraiti gözləyir. Havanın maksimal temperaturunun 17-21°, dağlıq rayonlarda 12-16° isti olacağı ehtimalı var.
Aran rayonlarında oktyabrın 13-də gündüz, 14-də gün ərzində əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın maksimal temperaturunun 18-23° isti olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında hava şəraiti əsasən yağmursuz keçsə də, səhər saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Havanın maksimal temperaturunun 19-24° isti olacağı proqnozlaşdırılır.
Paytaxtda isə oktyabrın 13-də gecə və səhər, 14-də isə günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı ehtimal edilir. Oktyabrın 13-də gündüz, 14-də gün ərzində mülayim şimal-şərq küləyi üstünlük təşkil edəcək. Havanın maksimal temperaturunun 17-20° isti olacağı bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]