Azərbaycan Dövlət İnformasiya Agentliyi

Həkim-pulmonoloq: Peyvəndləmənin hər iki mərhələsində iştirak etmiş vətəndaşlar infeksiyanı yüngül keçirirlər

Bakı, 30 sentyabr, AZƏRTAC

Qobustan Rayon Mərkəzi Xəstəxanasının həkim-pulmonoloqu Afət Novruzova yeni növ koronavirus (COVID-19) infeksiyasının profilaktikası, müalicə metodları və peyvəndləmə barədə sualları cavablandırıb. AZƏRTAC həkim-mütəxəssislə müsahibəni təqdim edir.

- Ölkədə COVID-19 virus infeksiyasının profilaktikası necə aparılır?

- Ölkədə koronavirusun profilaktikası yüksək səviyyədə həyata keçirilir. Ümumiyyətlə xəstəlik baş verdikdən sonra onu sağaltmaqdansa, xəstəliyin qarşısını almaq daha münasibdir. Xəstəliyin profilaktikası ilə minlərlə xəstələnmə halının qarşısını almaq mümkündür. Kütləvi xəstələnmənin qarşısını almaq məqsədilə xüsusilə epidemiya və pandemiya zamanı profilaktika çox önəmlidir. Profilaktika üçün başlıca iş prinsipi əhalinin maarifləndirilməsidir. Çox sevindirici haldır ki, maarifləndirmə işi ölkədə yüksək səviyyədə həyata keçirilir. Əhali kütləvi informasiya vasitələri ilə maarifləndirilir, ilkin simptomlar və xəstələrin hansı hallarda hara müraciət etmələri barədə geniş məlumatlar verilir. Bundan başqa, xəstəliyin qarşısının alınması üçün müxtəlif analizlərin aparılması vacib şərtdir. Ölkədə COVID-19-la bağlı yoxlamaların aparılması Prezident İlham Əliyevin birbaşa nəzarətindədir. Testlər vasitəsilə virus daşıyıcısı olan xəstələr müəyyən edilir. Koronavirus xəstələri yüngül, orta və ağır kimi dəyərləndirilir. Yüngül xəstələr evdə müalicə olunduğu halda, orta-ağır və ağır xəstələr isə xəstəxanaya yerləşdirilir. Bu, virusun əhali arasında kütləvi yayılmasının qarşısını alır. Koronavirusun ən ciddi profilaktikası isə peyvəndləmədir.

- Yeni növ koronavirus əleyhinə vaksinasiyanın əhəmiyyəti barədə nə deyə bilərsiniz?

- Ölkədə COVID-19 əleyhinə vaksinasiya prosesi yüksək səviyyədə həyata keçirilir. Müşahidələrimə əsasən deyə bilərəm ki, xəstəxanaya müraciət edən xəstələr arasında iki doza peyvənd vurdurmuş vətəndaşlar, demək olar ki, yoxdur. Yəni, peyvəndləmənin hər iki mərhələsində iştirak etmiş vətəndaşlar çox az hallarda virusa yoluxurlar. Lakin unutmaq olmaz ki, peyvənd virusa yoluxmadan qorumur. Sadəcə vaksinasiyadan keçənlər xəstəliyi çox yüngül keçirdikləri üçün, demək olar ki, həkimə müraciət etmirlər. Həmin xəstələrdə orqanlar zədələnmir və saturasiya aşağı düşmür. Hətta bəzən ağciyərlərin zədələnməsinə baxmayaraq xəstəliyin sağalması sürətli baş verir.

- COVID-19 infeksiyasının ən effektiv müalicə metodu hansıdır?

- Əslində, COVID-19-un konkret müalicə metodu yoxdur. Həkimlər xəstələrə məxsus xüsusi müalicə üsulu tərtib edirlər. Xəstəyə oksigen lazımdırsa, təmin edilir, kimyəvi müalicə gedir, həmçinin prosesə bakteriyalar da qoşulubsa, antibiotik təyin edilir və s. Koronavirus xəstələrinin yanaşı xəstəlikləri varsa, mütləq müalicə edilməli və xəstənin vəziyyəti stabil saxlanılmalıdır. Yəni, koronavirus infeksiyasını aradan qaldırmaq üçün xəstəyə simptomatik müalicə təyin edilir.

- Siz koronavirus xəstələrinin müalicəsində hansı metodlardan istifadə edirsiniz?

- COVID-19 tibdə yeni xəstəlikdir. Hazırda koronavirus xəstələri Ümumdünya Səhiyyə Təşkilatının təqdim etdiyi protokollara əsasən müalicə edilir. Protokollarda ara-sıra edilən yeniliklər də həkimlər tərəfindən nəzərə alınır və müalicə müvafiq olaraq dəyişdirilir. Lakin hər xəstənin müalicəsi tamamilə eyni aparılmır. Mən xəstələrimin müalicəsi zamanı, onun yaşını, yanaşı xəstəliklərini, immun sistemi və psixoloji vəziyyətini nəzərə alıram. COVID-19-la mübarizəyə qoşulan, çalışdığım Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi, koronaviruslu xəstələrlə iş aparan tibb işçilərinə dəstəyini əsirgəməyən Emin Hüseynin də bununla bağlı göstərişləri var. Xəstələrə fərdi müalicə sxemi tərtib etdikdə müsbət nəticə əldə etmək daha asan olur. Ümumiyyətlə xəstələr həkimə nə qədər tez müraciət edər, tədbir nə qədər tez görülərsə, sağalma şansı da bir o qədər çox olar. Gecikmiş xəstələrin müayinəsi nəticəsində bəzən aydın olur ki, ağciyərlərin 70-80 faizi zədələnib. Belə xəstələr daha çox diqqət tələb edir. Xəstənin bədənində külli miqdarda bioloji maddələr ifraz olunur və ağciyərlərdə olan xırda kapilyarların keçiriciliyi pozulur. Qazlar mübadiləsinin də pozulması nəticəsində orqanizmdə olan oksigenin miqdarı azalır və xəstə boğulmağa başlayır. Belə çətin nüanslarla üz-üzə qalmamaq üçün vətəndaşları həkimə vaxtında müraciət etməyə çağırıram.

- Mövsümi qriplərlə COVID-19-u necə fərqləndirmək olar?

- Kəskin respirator virus infeksiyaları ilə COVID-19 infeksiyasının differensial diaqnostikasını həm klinika, həm də laborator müayinələr ilə fərqləndirmək olur. Əgər burundan koronavirusa görə götürülmüş yaxma pozitivdirsə, xəstəyə birmənalı olaraq COVID-19 diaqnozu qoyulur. Bundan başqa, qandan müxtəlif analizlər götürülür və dəyişikliklərə əsasən, xəstənin koronavirusa yoluxub-yoluxmadığı müəyyən edilir. Həmçinin koronavirus xəstədə özünü müxtəlif kliniki əlamətlərlə özünü göstərir. Nəzərə almaq lazımdır ki, adi virus infeksiyasına yoluxduqda xəstəlik başlayır, kəskinləşir və sağalma gedir, lakin COVID-19-da klinika dalğavaridir. Məsələn, xəstənin bədən temperaturu 3 gün yüksək olur, daha sonra özünü rahat hiss edib gündəlik həyatına davam etsələr də, xəstəlik 2 gündən sonra yenidən kəskinləşir və ikinci dalğa başlayır. Xəstəliyin ikinci dalğası həmişə birincidən daha kəskin olur. Yəni, ikinci dalğada bədən temperaturu daha da yüksəlir və xəstədə güclü öskürək müşahidə edilir, saturasiya aşağı düşür, həmçinin ağciyərlərdə “buzlu şüşə” müşahidə edilir. Onu da qeyd edim ki, “buzlu şüşə” yalnız koronavirusa xas əlamət deyil, digər virus infeksiyalarının da simptomu ola bilər. “Buzlu şüşə” görüntüsü COVID-19 infeksiyasının ağırlaşmasından xəbər verir. Ümumiyyətlə bu xəstəlik adi mövsümi qriplərdən fərqli olaraq daha çox damarları zədələyir. Qan qatılaşır, tromblaşma təhlükəsi yaranır. Koronavirus xəstələrində mədə-bağırsaq sisteminin də funksiyası pozulur, ürəkbulanma, qusma və s. əlamətlər müşahidə edilir. Xəstənin başı tez-tez ağrıyır. Hətta koronavirus beyində xırda qan sızmalara da səbəb ola, xəstənin insult riskini artıra bilər. Təcrübəmə əsasən deyirəm ki, COVID-19-un zədələmədiyi orqan yoxdur. Heç bir orqan koronavirusun fəsadlarından kənarda qalmır. Mədəaltı vəz, qaraciyər, böyrəklər və digər orqanlar da zədələnir. Məsələn, qanda qatılaşma olduğuna görə xəstəyə müxtəlif qandurulducular təyin edilir. Belə olan halda, güclü öskürək zamanı xəstədə kapilyarlar partlayır, qanaxma olur və bronxlar zədələnir. Yəni, koronavirusa ayrı-ayrı orqanlar deyil, bütün bədən reaksiya verir. Təkrar edirəm, COVID-19-dan yeganə çıxış yolu peyvəndləmədir. Ona görə də peyvəndləməni gecikdirməyib səhhətimizin qayğısına qalmalıyıq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir