Azərbaycan Dövlət İnformasiya Agentliyi

Həm futbol, həm də hokkeydə uğur qazanan 10 idmançı - ARAŞDIRMA

Həm futbol, həm də hokkeydə uğur qazanan 10 idmançı -  ARAŞDIRMA

Bakı, 30 avqust, AZƏRTAC

İdman tarixində eyni anda iki və daha artıq idman növü üzrə peşəkarlaşmış oyunçuların sayı barmaqla sayılacaq qədər azdır.

AZƏRTAC Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytına istinadən xəbər verir ki, dünya tarixində həm futbol, həm də buzüstü xokkeylə peşəkar səviyyədə məşğul olmuş cəmi 10 idmançı var. Onlar idmanın hər iki növü üzrə müxtəlif mükafatlara layiq görülüblər.

Belə idmançılardan biri Arvid Yurgendir. O, futbol və xokkeydən əlavə, basketbolda özünü sınayıb. 1905-ci ildə Latviyada anadan olan Yurgen idmançı karyerasına 1924-cü ildə futbolla başlayıb. Elə həmin ildə üç dəfə Latviya liqasının, iki dəfə isə Riqa Kubokunun qalibi olub. 11 il bu növdə özünü göstərən futbolçu ümumilikdə 38 oyun keçirib. 1932-ci ildən hokkeylə peşəkar səviyyədə məşğul olmağa başlayan idmançı 16 matçda meydana çıxıb. O, beşqat Latviya çempionudur. Yurgen basketbolda da titulsuz qalmayıb və 1925-ci ildə “Riqas”ın heyətində ölkə çempionluğunu bayram edib.

Sven Berqkvist hər iki idman növü üzrə İsveç milli komandalarında çıxış edib. Futbol karyerasına 1935-ci ildə başlayan idmançı 35 oyun keçirib. Hokkey idman növü üzrə həm öz ölkəsində, həm də Avropada kifayət qədər tanınıb. Dünya çempionatlarında və 1936-cı ildə keçirilmiş Qış Olimpiya Oyunlarında ümumilikdə 55 dəfə yığmanın formasını geyinib. Berqkvist 1999-cu ildən Beynəlxalq Hokkey Federasiyasının (IIHF) Şöhrət Zalının üzvüdür.

Robert Sadovski rumıniyalı keçmiş futbolçudur. O, ölkəsinin millisində 5 oyun keçirib. 1938-ci ildə Fransada keçirilmiş dünya çempionatının iştirakçısı olmuş Sadovski Kubaya qarşı qrup mərhələsinin matçında meydana çıxıb. Bu, onun turnirdəki yeganə görüşü olub. 1937-ci ildən 1947-ci ilədək hokkeylə peşəkar şəkildə məşğul olan idmançı bu növdə 10 oyun keçirib.

Rumıniyalı Mihay Flamaropol ilk dəfə 12 yaşında “Qloriya Buxarest” komandasında futbol oynamağa başlayıb. 5 il sonra - 17 yaşında isə özünü buz hokkeyində sınamağa qərar verib. 35 yaşında futbolla, bundan 5 il sonra isə hokkeylə vidalaşıb. O, futbolçu karyerası ərzində 118 matçda 48 qol vurub.

Flamaropolun həmyerlisi Andrey Barbulesku peşəkar futbolçu kimi cəmi 3, hokkeyçi kimi isə 1 dəfə meydana çıxıb. 1938-ci il dünya çempionatının iştirakçısı olub və mundialda 1 oyun keçirib.

Vsevolod Bobrov SSRİ-nin ən yaxşı futbolçu və hokkeyçilərindən biri hesab olunur. Hokkey üzrə Olimpiya, ikiqat dünya, üçqat Avropa və altıqat SSRİ çempionudur. Futbolçu kimi isə 3 dəfə SSRİ çempionatını, 2 dəfə isə SSRİ Kubokunu qazanıb. Karyerasını başa vurduqdan sonra hər iki idman növü üzrə məşqçi kimi fəaliyyət göstərib. Rusiya buz hokkeyi tarixində onun adı karyerası ərzində 250-dən çox qol vuran oyunçular siyahısına daxil edilib.

Sven Tumba 1950-1960-cı illərdə İsveçin ən tanınmış hokkeyçilərindən biri olub. O, həmçinin su xizəyi üzrə İsveç çempionu olub. Ölkəsini hokkeylə yanaşı, futbolda da uğurla təmsil edib. 1997-ci ildən IIHF Şöhrət Zalının üzvüdür. 1999-cu ildə Peter Forsberq və Mats Sundin kimi güclü oyunçuları geridə qoyaraq, bütün zamanların ən yaxşı İsveç hokkeyçisi mükafatına layiq görülüb. 1959-cu ildə hokkey üzrə İsveç çempionu olan Tumba 186 qolla hələ də yığmanın ən sərrast oyunçusudur. O, qolfla da məşğul olub və ölkəsini beynəlxalq yarışlarda təmsil edib.

Vlastimil Bubnik çexiyalı buz hokkeyçisi və futbolçusu olub. 1964-cü il hokkey üzə Qış Olimpiya Oyunlarında bürünc medal qazanaraq IIHF-nin Şöhrət Zalına daxil olmağı bacarıb. Futbolçu karyerası ərzində 103 oyuna çıxan universal idmançı 32 qol vurub. 1957-1960-cı illərdə keçmiş Çexoslovakiya millisinin heyətində 11 oyun keçirib və 4 dəfə fərqlənib.

Teppo Rastio 1985-ci ildən Finlandiya Hokkey Şöhrət Zalının üzvüdür və bu növdə 106 oyun keçirib. Futbolçu karyerası ərzində 1957/1958-ci illər mövsümündə yüksək liqada iki mövsüm oynayıb. 1958-ci ildə Finlandiya millisinə dəvət alıb və cəmi bir qarşılaşmada forma geyinib.

Rastionun həmyerlisi Timo Nummelin hər iki idman növündə Finlandiya çempionatının qalibi olub. O, həm futbolda (1968), həm də hokkeydə “İlin oyunçusu” (1981) seçilən yeganə finlandiyalıdır. Nummelin hokkey üzrə Finlandiya yığması ilə 8 dünya çempionatında iştirak edib. 1991-ci ildən Finlandiya Hokkey Şöhrət Zalının üzvüdür. O, futbol üzrə yığmaya da dəvət alıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub