HƏMAS Qəzza təklifini aldığını təsdiqləyib
Bakı, 15 aprel, AZƏRTAC
Fələstinin HƏMAS hərəkatı vasitəçilərdən Qəzza zolağında atəşkəs təklifi aldığını və hazırda sənədi öyrəndiyini təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, müvafiq bəyanat hərəkatın teleqram kanalında dərc olunub.
“HƏMAS rəhbərliyi vasitəçilər tərəfindən təqdim edilmiş təklifi öyrənir və bütün lazımi məsləhətləşmələr başa çatdıqdan sonra yaxın vaxtlarda ona cavab verəcək”, - deyə məlumatda bildirilir.
Hərəkat əlavə edib ki, onlar hələ də daimi atəşkəsin tətbiq edilməsində, İsrail qoşunlarının Qəzza zolağından tamamilə çıxarılmasında, israilli girovların fələstinli məhbuslarla dəyişdirilməsi haqqında sazişin həyata keçirilməsində, anklavın yenidən qurulmasında və oradakı blokadanın götürülməsində israrlıdır.
Bazar ertəsi Misirin “Əl-Qahirə əl-İxbariya” telekanalı mənbələrə istinadla xəbər vermişdi ki, İsrail Misir vasitəsilə HƏMAS-a Qəzza zolağında müvəqqəti atəşi dayandırmaq və davamlı atəşkəsə nail olmaq üçün danışıqlara başlamaq təklifini çatdırıb. Öz növbəsində “Al Hadath” telekanalı İsrail tərəfinin irəli sürdüyü şərtlərdən birinin HƏMAS-ın tərksilah edilməsi olduğunu bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [22:08]
Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq
- 29.09.2026 [21:10]
Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik
- 29.09.2026 [20:22]
Qazaxıstan Prezidenti Almaniyaya səfər edib
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]