HƏMYERLİMİZ “CÜMHURİYYƏT KUBOKU”NA SAHİB OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, İzmir şəhərində Türkiyə Cümhuriyyətinin 82-ci ildönümünə həsr olunmuş atçılıq idmanının konkur növü üzrə ənənəvi “Cümhuriyyət Kubok”u yarışları başa çatmışdır. 160 usta idmançının çıxış etdiyi yarışlarda Azərbaycanı Camal Rəhimov təmsil etmişdir. Həmyerlimiz bütün çıxışlarını səhvsiz və qısa vaxt ərzində yerinə yetirərək, Türkiyə Atçılıq Federasiyasının prezidenti Ərmağan Özköy ilə birgə təkrar tullanma mərhələsində iştirak etmək hüququ qazanmışdır. C.Rəhimov bu mərhələdə də qalib gələrək, “Cümhuriyyət Kuboku”na sahib olmuşdur.
İdmançımız noyabrın 9-13-də Brüsseldə keçiriləcək beynəlxalq turnirdə iştirak etmək üçün Türkiyədən Belçikaya gedəcəkdir. Bu yarışda o, turnirin təşkilatçısı, dünya çempionu Rodrige Resovanın atası Nelson Resovanın dəvəti ilə iştirak edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [21:47]
Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]