HƏNDBOLÇULARIMIZ ŞOTLANDİYA YIĞMASINA QALİB GƏLMİŞDİR
AZƏRTAC xəbər verir ki, İrlandiyanın paytaxtı Dublində kişilər arasında həndbol üzrə “Çelenc Trofi” yarışları davam edir. İlk görüşdə İngiltərə yığmasına böyük hesabla (30:13) qalib gələn millimiz növbəti oyunda Şotlandiya seçmə komandasını da məğlub etmişdir. Baş məşqçi Hikmət Abdullayevin yetirmələri görüşün birinci hissəsində məğlub olsalar da (10:12), ikinci hissədə üstünlüyü ələ keçirərək, rəqib üzərində 27:16 hesabı ilə inamlı qələbə qazanmışlar.
Digər görüşlərdə isə İngiltərə yığması İrlandiya seçmə kollektivini 25:17, Moldova yığması isə Maltanı 22:5 hesabı ilə məğlub etmişdir.
Həndbolçularımızın növbəti rəqibi meydan sahibi İrlandiya millisi olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [22:08]
Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq
- 29.09.2026 [21:47]
Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub
- 29.09.2026 [21:10]
Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [20:22]
Qazaxıstan Prezidenti Almaniyaya səfər edib
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]