HƏR İL AZƏRBAYCANDA 620 MİN TON MEYVƏ YIĞILIR
Bakı, 14 avqust (AZƏRTAC). Kənd Təsərrüfatı Nazirliyindən bildirmişlər ki, ölkədə aparılan aqrar islahatlar nəticəsində meyvəçilikdə istehsal həcminin nəzərə çarpacaq artımına nail olunmuşdur.
Hazırda respublikamızda 119,9 min hektar meyvə bağları mövcuddur. Bunun 96,2 min hektarı bar verən bağlardır. Hər il ölkədə orta hesabla 600-620 min ton meyvə yığılır. Bu, əhalinin minimum istehlak tələbatından 1,5 dəfə çoxdur.
Ümumiyyətlə, regionların sosial-iqtisadi inkişafına dair yeni Dövlət Proqramında kənd təsərrüfatının əksər sahələri kimi, meyvəçiliyin də inkişaf etdirilməsi, məhsul istehsalının artırılması, keyfiyyətinin yaxşılaşdırılması, az məhsuldar, bioloji yaş dövrünü başa vurmuş, seyrəkliyi yüksək olan bağların bərpası, yeni meyvə bağlarının salınması nəzərdə tutulmuşdur. Bu, fermerlərdə və fiziki şəxslərdə bağçılığa olan münasibəti daha da yaxşılaşdırmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]