Hərbi Akademiyada ingilis dili kursunun növbəti buraxılışı olub
Bakı, 17 dekabr, AZƏRTAC
Silahlı Qüvvələrin Hərbi Akademiyasının ingilis dili kursunun növbəti buraxılışı keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edənlər məzunlara təbriklərini çatdırıb, onlara gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıblar.
Sonda kursu bitirənlərə diplom və sertifikatlar təqdim olunub.