Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hərbi Prokurorluqda ötən ilin yekunları müzakirə olunub

Bakı, 23 yanvar, AZƏRTAC

Yanvarın 23-də Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Hərbi Prokurorluqda 2025-ci il ərzində hərbi prokurorluq orqanlarında cinayətkarlığa qarşı mübarizə, ədalət mühakiməsinin həyata keçirilməsində iştirak, qanunların icra və tətbiq olunmasına nəzarət, cinayət mühakimə və cinayət təqibindən kənar icraatlarda insan hüquq və azadlıqlarının müdafiəsi və qanunla müəyyən edilmiş digər sahələrdə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdən öncə Hərbi Prokurorluğun inzibati binasında Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülərək, xatirəsi dərin ehtiramla yad olunub.

Kollegiya iclasında Baş prokuror Kamran Əliyev giriş nitqi ilə çıxış edərək bildirib ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müstəqil Azərbaycanın davamlı inkişaf konsepsiyasını qloballaşma dövrünün diktə etdiyi yeni şərtlərlə davam etdirməyə qadir olan, praqmatik, rasional təfəkkürlü, xalqını və dövlətini sevən, yüksək idarəçilik keyfiyyətlərinə malik siyasi davamçısı Prezident İlham Əliyev tarixin ən qüdrətli Azərbaycanının yaradıcısı olmaqla bərabər, həm də onun ən böyük Zəfərinin Müzəffər Ali Baş Komandanıdır. Tarixin bu astanasında Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin edilməsi isə Prezident İlham Əliyevin tarixi missiyasının ən parlaq məqamlarından birinə çevrilib.

Çıxış zamanı 2025-ci il avqustun 8-də Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda, Ağ Evdə Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin paraflanmasına da toxunan Baş prokuror bu tarixi hadisə ilə milli maraqlarımızın beynəlxalq statusda rəsmiləşdirilməsini xüsusi vurğulamaqla yanaşı, əldə edilən nailiyyətin, eyni zamanda, dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilməkdə olan praqmatik xarici siyasətin uzaqgörənliyinin, diplomatik münasibətlərin formalaşdırılması istiqamətində sərgilənilən düzgün mövqe seçiminin bəhrəsi olaraq qiymətləndirib.

Baş prokuror qeyd edib ki, respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyev ideyalarına söykənməklə özünün çoxşaxəli və məzmunlu fəaliyyəti ilə məhz həqiqətlərin dünyaya çatdırılmasına yorulmaz əmək sərf edir.

Çıxışda o da qeyd edilib ki, yola saldığımız 2025-ci il, eyni zamanda, tarixi və əlamətdar hadisələrlə zəngin olub. 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində Qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq 2024-cü il dekabrın 28-də Azərbaycan Prezidentinin Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı suveren ərazilərimizdə bir sıra tədbirlər keçirilib.

Baş prokuror, həmçinin Prezident İlham Əliyevin Ümumdünya İqtisadi Forumunun illik toplantısı (Davos, 19-21 yanvar 2026-cı il) çərçivəsində çıxışını və müsahibəsini vurğulayaraq qeyd edib ki, bu, Azərbaycanın davamlı inkişaf strategiyasını, regional və qlobal proseslərə məsuliyyətli yanaşmasını bir daha nümayiş etdirir. Forum çərçivəsində dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri və aparıcı biznes nümayəndələri ilə keçirilən görüşlərin isə ölkəmizin beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsinə mühüm töhfələr verdiyini xüsusi vurğulayıb.

Sonra hesabat məruzəsi ilə çıxış edən Baş prokurorun müavini-hərbi prokuror, ədliyyə general-mayoru Bəhruz Əhmədov qeyd edib ki, tarixi Zəfərin şərtləndirdiyi ordu quruculuğunun yeni mərhələsində Hərbi prokurorluq orqanlarının fəaliyyəti də Azərbaycan Silahlı Qüvvələrində hərbi intizamın möhkəmləndirilməsinə, cinayətkarlıq və qanun pozuntularının qarşısının alınması və aradan qaldırılmasına, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına, həmçinin hərbi təsisatlarda hüquqazidd əməllərə qarşı mübarizəyə, eyni zamanda, dövlətimizin qüdrətinə, milli mənafelərimizə və Silahlı Qüvvələrimizin nüfuzuna xələl gətirə biləcək nöqsanların və qanun pozuntularının aradan qaldırılmasına yönəlib.

Bildirilib ki, 2025-ci ildə hərbi prokurorluq orqanları tərəfindən qeydə alınmış cinayət hadisələrinin 99,7 faizinin açılması təmin edilib.

Müsbət hal qismində vurğulanılıb ki, hesabat ilində qeydə alınmış hərbi xidmət əleyhinə cinayətlərin sayında 21,3 faiz azalma müşahidə edilməkdədir.

Qeyd edilib ki, 2025-ci ildə Azərbaycan Respublikası Hərbi Prokurorluğu üzrə “962-Etimad xətti” yaradılıb, fəaliyyətdə olduğu 4 aylıq müddət ərzində həmin əlaqə vasitəsilə daxil olan 219 müraciətə baxılıb.

Bundan başqa, qeyd olunub ki, 2025-ci ildə Hərbi prokurorluq orqanlarına daxil olan 1001 müraciətə müvafiq qaydada baxılıb, eləcə də 3702-si bilavasitə hərbi hissələrdə olmaqla ümumilikdə 5911 vətəndaş qəbul edilərək dinlənilib, müraciətlərinə müvafiq olaraq izahların verilməsi və onların həlli istiqamətində müvafiq tədbirlərin icrası həyata keçirilib.

Bundan əlavə, hesabat dövründə hərbi prokurorluq orqanlarının əməkdaşları tərəfindən qanunvericiliyin təbliği ilə bağlı çoxsaylı tədbirlər keçirilib, 99 dəfə mətbuatda, 18 dəfə televiziyada, 41 dəfə internetdə, 3 dəfə radioda çıxışlar edilib.

Çıxış zamanı, həmçinin vurğulanıb ki, hesabat ilində korrupsiyaya qarşı mübarizə sahəsində də fəaliyyət uğurla davam etdirilib.

Daha sonra Hərbi prokurorun müavinləri-ədliyyə general-mayoru Şəfahət İmranov, ədliyyə polkovniki Nihad Şıxəliyev və ədliyyə polkovniki Qasım Məmmədov, Ağdam hərbi prokuroru, ədliyyə polkovniki Elnur Kərimov və Şəmkir hərbi prokuroru, ədliyyə polkovniki İlham Babayev çıxış edərək, hesabat dövründə görülmüş işlərdən danışıb, qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün həyata keçiriləcək tədbirlər barədə ətraflı məlumat veriblər.

Kollegiya iclasına yekun vuran Baş prokuror Kamran Əliyev hərbi prokurorluq orqanları əməkdaşlarının Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən böyük işlərdə və həyata keçirilən mütərəqqi islahatlarda yaxından iştirak edəcəklərinə, dövlət müstəqilliyinin, ictimai-siyasi sabitliyin, əmin-amanlığın qorunmasına, qanunun aliliyinin təmin edilməsi üçün əllərindən gələni əsirgəməyəcəklərinə, eləcə də dövlətimizin qüdrətlənməsinə xələl gətirə biləcək bütün hallara qarşı barışmaz mövqe tutacaqlarına əminliyini ifadə edərək, onlara uğurlar arzulayıb.

İclasdan sonra Baş prokuror Azərbaycan Hərbi Prokurorluğunda yaradılan “962 – Etimad xətti”nin fəaliyyəti ilə yerində tanış olub və bu sahədə çalışan əməkdaşlarla görüşüb.

Tanışlıq zamanı “962 – Etimad xətti”nin fəaliyyət mexanizmi, müraciətlərin qəbulu və operativ araşdırılması qaydaları barədə məlumat verilib. Qeyd olunub ki, bu xətt hərbi qulluqçuların və vətəndaşların müraciətlərinin vaxtında, obyektiv və şəffaf araşdırılmasına xidmət edir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?

Umud Mirzəyev: BMT Komitəsinin sənədində itkin azərbaycanlılarla bağlı mühüm məsələlər yer alıb