Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Hərbiyyə - 2019” düşərgəsinin dördüncü günü bədii proqramla başa çatıb

Bakı, 9 sentyabr, AZƏRTAC 

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, “ASAN xidmət” və “ASAN Könüllüləri” Təşkilatının birgə layihəsi olan “Hərbiyyə” hərbi vətənpərvərlik düşərgəsində əsl əsgər həyatı yaşanır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, günün nizam qaydalarına uyğun olaraq düşərgə sakinləri sübh tezdən yuxudan oyanır, idman edir, səhər yeməyi süfrəsində ən ləziz təamlardan dadır. Sonra sıra baxışı olur, günün proqramı elan edilir və komandalar günün qalibi olmaq əzmi ilə təlim və yarış meydanlarına tələsirlər. “Hərbiyyə - 2019”un dördüncü günü də gənc vətənpərvərlərin yaddaşından uzun müddət silinməyəcək.

Düşərgə sakinləri ilə görüşdə çıxış edən Müdafiə Nazirliyinin nümayəndəsi, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani onların fəallığını, nizam-intizamını, gündən-günə hərbi biliklərə daha böyük maraq göstərdiklərini, yarışlarda yüksək nəticələr əldə etdiklərini və hər şeydən əvvəl bu gün Azərbaycan gəncliyinin qarşısında Qarabağ problemi kimi böyük bir problemin olduğunu dərindən dərk etdiklərini və bu istiqamətdə fəallıq göstərdiklərini vurğulayıb.

Taktiki təlim və nəzəri hərbi biliklərin öyrənilməsinə məsul zabit Azərbaycanın Milli Qəhrəmanı, polkovnik Şükür Həmidov Heydər Əliyev ideyalarına, Vətənə, dövlətə, xalqa sadiq gənclərin yetişdirilməsi sayəsində uğurları yüksək qiymətləndirib. Polkovnik-leytenant Ceyhun Bağırov isə belə bir möhtəşəm hərbi vətənpərvərlik düşərgəsinin məhz onların hərbi hissələrində təşkilinin şəxsi heyətdə vətənpərvərlik hissinin, mənəvi-psixoloji hazırlığın, döyüş ruhunun daha da yüksəldiyinə dəlalət etdiyini bildirib.

İlk məşğələ başlamazdan əvvəl polkovnik-leytenant Aydın Şıxəliyev orduda mühəndis-istehkam xidmətinin zəruriliyi və müharibələrdə, qələbənin əldə olunmasında bu sahənin də vacibliyini vurğulayaraq deyib: “Bütün qoşunların hərəkətinin maneəsiz təmin olunması, irəliləməsi, maneələrin dəf edilməsi, ələ keçirilmiş mövqelərin möhkəmləndirilməsi, strateji əhəmiyyətli ərazi və obyektlərin minalardan və digər döyüş sursatlarından təmizlənməsi və yaxud dağıntıların hazırlanması, ərazilərin minalanması, bilavasitə mühəndis-istehkam bölmələrinin üzərinə düşən məsuliyyətli vəzifələrdir. Müharibələr tarixinə nəzər salsaq görərik ki, Azərbaycan oğulları digər sahələrdə olduğu kimi bu sahədə də bir çox uğurlara imza atıblar. 1941-1945-ci illərin Böyük Vətən müharibəsində ilk istehkamçı, Sovet İttifaqı Qəhrəmanı adına məhz azərbaycanlı briqada komandiri Aslan Vəzirov layiq görülmüşdür. Neçə-neçə azərbaycanlı istehkamçı Qarabağ uğrunda gedən döyüşlərdə qarşılarına düşən vəzifələri layiqincə yerinə yetirib, Azərbaycanın Milli Qəhrəmanı fəxri adını alıblar. Bu gün istehkamçı hərbi qulluqçularımızdan şəhid Asif Məhərrəmov, Rafiq Alıcanov, Kərim Kərimov, Elşad Əhədov və başqalarının adları ehtiramla çəkilir”.

Aprel döyüşləri zamanı Lələtəpə zirvəsinin fəth edilməsində mühəndis-istehkamçıların müstəsna xidmətlərini qeyd edən polkovnik-leytenant A.Şıxəliyev fəxrlə bildirib ki, bu gün də mühəndis-istehkamçılar üzərilərinə düşən tapşırıqları uğurla yerinə yetirirlər.

Yağışlı hava şəraitində gənc vətənpərvərlər mühəndis silahlandırma vasitələri ilə ümumi tanışlıq üçün sıra meydanına toplaşaraq, burada peşəkar hərbçilərin mövzu ilə bağlı çıxışlarını dinləyib, minaəleyhinə keçidaçma sistemləri, tank və piyada əleyhinə minaların xüsusiyyətləri, partlayış üsulları, minaatan qurğular və istehkamçıların geyimləri, mühəndis alətləri, partlamayan əngəllər, mövqelərdə istifadə olunan metal səbətlər, təlim görmüş istehkamçı itlər barədə məlumat verilib.

Gənc vətənpərvərlər hərbi qulluqçular Sərxan Məmmədov, Emil Əmiraslanlı, Kənan Rzayev, Aqil Cumayev və başqalarının çıxış məruzələrini maraqla dinləyiblər. Sonra düşərgə iştirakçıları təlim sahəsinə yollanaraq orada praktiki partlayışları icra edən əsgərlərə qoşulub və bu işi birlikdə yerinə yetiriblər.

Od və elektrik üsulu ilə, tək-tək və bir neçə atımın partladılması, MTU-90 körpüquranı ilə maneələr üzərindən körpülərin qurulması praktiki şəkildə nümayiş olunub.

Gənc vətənpərvərlər Cəbrayıl, Xocalı, Xocavənd, Qubadlı və Ağdərə komandalarının bayraqları altında rəmzi olaraq Şuşaya doğru irəliləyiblər.

Silahlanmada olan yeni nəsil rabitə vasitələrinin nümayişi də gənc vətənpərvərlərin marağına səbəb olub.

Bu barədə məlumat verən polkovnik-leytenant Elman Şirəliyev bildirib ki, orduda rabitə - qoşunların fasiləsiz, davamlı, gizli və dayanıqlı idarə olunmasıdır. Bu gün Azərbaycan Ordusunda digər sahələrlə yanaşı, rabitə işinin daha da təkmilləşdirilməsi, ən müasir vasitələrlə təmin olunması, dünya ordularının rabitə sistemi təcrübəsindən bəhrələnmə rəhbərlik tərəfindən daim diqqətdə saxlanılır. Silahlanmada olan yeni nəsil rabitə vasitələrimiz düşmənin taktiki fəaliyyətini daim nəzarətdə saxlayır, bununla da onların mənfur niyyətlərini öncədən anlayaraq müvafiq tədbirlər görür. Aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan rabitəçiləri istənilən döyüş əməliyyatlarında ümidləri doğrultmağa hazır və qadirdirlər. Gənc vətənpərvərlərə əldə və kürəkdə gəzdirilən qısa və ultraqısa dalğalı, görüntülü rabitə vasitələri nümayiş etdirilib, onları maraqlandıran suallar cavablandırılıb.

Nahardan sonra əl altındakı vasitələr ilə (balta, bıçaq) hədəflərə xətər yetirilməsi və zərərsizləşdirilməsi tapşırıqları əvvəlcə döyüşçülər, sonra isə gənc vətənpərvərlər tərəfindən icra olunub.

Tək əsgərin taktiki nəzarət zolağının keçilməsi üzrə nümunəvi məşğələ gənc vətənpərvərlərin Azərbaycan əsgərinə güvənini, inamını daha da artırıb. Onlar çətin və maneələrlə əhatə olunan taktiki nəzarət zolağını qət edərək irəliləyiblər. Düşmən atəşləri altında döyüşçülərimizin mövqeyə yaxınlaşması və həmin mövqeləri ələ keçirməsi gənc vətənpərvərlər tərəfindən alqışlarla qarşılanıb. Taborun kiçik taktiki təlim meydanında əsl qələbə sevinci yaşanıb. Mərmilərin gurultusu, minaların partlayışı nəinki gənc vətənpərvərləri qorxutmayıb, hətta onların nümayəndələri də atəş altında mövqeyə doğru can atıblar.

Aprel döyüşlərinin iştirakçısı polkovnik-leytenant Allahverdi Cəbrayılov başda olmaqla tibb xidməti zabitləri və əsgərlər döyüş meydanında yaralılara ilk tibbi yardım göstərilməsi və yaralının döyüş meydanından təxliyə edilməsi mövzusunda nəzəri tövsiyələr verib, praktiki göstərişlər təqdim ediblər. Gənc vətənpərvərlər birlikdə bu işi icra ediblər.

Xocavənd rayon Tuğ kəndi uşaq musiqi məktəbi və Salakətin kənd orta məktəbinin şagirdlərinin iştirakı ilə gənc vətənpərvərlər və hərbi hissənin şəxsi heyəti üçün bədii proqram təşkil olunub.

Konsertdən sonra hər iki məktəbə Abdulla Qurbaninin “Azərbaycan-Türkiyə: Qardaşlığın təntənəsi” və “Sənə güvənirik, Vətən əsgəri!” kitab-albomları hədiyyə edilib.

Tədbirdə hərbi birliyin komandanlığı və Xocavənd Rayon İcra Hakimiyyətinin rəhbərliyi də iştirak edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp süni intellektlə bağlı bəyanat verəcək

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO