HESABAT DÖVRÜNDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ YEKUN VURULMUŞDUR
Məruzəçi ümummilli lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin 2004-cü il 1 iyul tarixli “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında” Sərəncamının əhəmiyyətini xüsusi vurğulamışdır. Qeyd etmişdir ki, Dövlət Proqramına uyğun olaraq, 2006-cı ildə Cəbrayıl əhalisi üçün bütün infrastrukturları ilə birlikdə 1858 ailənin yaşayacağı daha 5 qəsəbənin tikintisinə başlanması nəzərdə tutulmuşdur. Natiq bildirmişdir ki, bu qəsəbələr inşa edildikdən sonra Sabirabad və Saatlı rayonlarındakı 3 çadır düşərgəsi və İmişli rayonunda dəmir yolu üzərindəki yük vaqonlarında məskunlaşan cəbrayıllı məcburi köçkünlər oraya köçürüləcəkdir.
Məruzə ətrafında müzakirələrdə rayon prokuroru Salman Səmədov, YAP rayon təşkilatının sədri Arif Fərzəliyev, maliyyə şöbəsi müdiri Famil Balayev, müəllimlər İslam İsmayılov, Rəhim Rəhimov, Vaqif Əliyev, ictimaiyyətin nümayəndələri Camal İsmayılov, Mustafa Səmədov və başqaları çıxış edərək hesabat dövründə görülmüş işlərə münasibət bildirmiş, qarşıda duran vəzifələrdən danışmışlar.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov iclasda çıxış edərək, bir sıra məsələləri aydınlaşdırmış, verilən sualları cavablandırmışdır.
Prezidentin İcra Aparatının məsul işçisi Rəhim Məmmədov iclasda iştirak etmişdir.
Sonda Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.