Hesablama Palatası kollegiyasının növbəti iclası keçirilib
Bakı, 4 avqust, AZƏRTAC
Hesablama Palatası kollegiyasının növbəti iclası videoformat şəklində keçirilib.
Palatadan AZƏRTAC-a bildirilib ki, iclasda ““Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə”, ““Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanun layihələrinə Hesablama Palatasının rəyləri müzakirə edilib.
Kollegiyada Hesablama Palatasının rəylərinin Milli Məclisə təqdim edilməsi qərara alınıb.