Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hesablama Palatası Sumqayıt Regional Mədəniyyət İdarəsində nöqsanlar aşkarlayıb

Hesablama Palatası Sumqayıt Regional Mədəniyyət İdarəsində nöqsanlar aşkarlayıb

Bakı, 24 iyun, AZƏRTAC

Hesablama Palatası Mədəniyyət Nazirliyinin Sumqayıt Regional Mədəniyyət İdarəsinin dövlət vəsaitindən və digər dövlət əmlakından istifadəsinin auditini aparıb.

Palatadan AZƏRTAC-a bildirilib ki, Hesablama Palatasının 2023-cü il üçün iş planına əsasən idarədə həyata keçirilmiş audit 2021-2022-ci illəri və həmin illərdə istifadə olunmuş 40 milyon 741,8 min manat məbləğində vəsaiti əhatə edib.

İdarə tərəfindən proqnozlaşdırma ilə bağlı fəaliyyət əsaslı şəkildə təşkil edilməyib və vəsaitlərin istifadəsi vəziyyətinə təsir edən amillər tam nəzərə alınmayıb. Bu isə bir sıra hallarda proqnoz göstəricilərinin əsaslandırılmadan artımlarla müəyyən olunması, xərclər smetasında xərc maddələri üzrə icra prosesində dürüstləşmələr aparılsa da, vəsaitin bir hissəsinin ilin sonunda istifadə olunmayaraq dövlət büdcəsinə geri qaytarılması, eyni zamanda, cəmi xərclərin icra səviyyəsinin yüksək olması fonunda təsiredici amilləri tam nəzərə almaq mümkün olan əməyin ödənişi ilə bağlı xərclər istifadə edilməmiş vəsaitin cəmi məbləğində böyük paya malik olub. Belə ki, auditin əhatə etdiyi illərdə cəmi qaytarılmış məbləğin müvafiq olaraq 51,4 faizini və 36,8 faizini əməyin ödənişi ilə bağlı xərclər təşkil edib.

Eləcə də bəzi xərc maddələri üzrə 2021-ci ildə icra səviyyəsinin aşağı olması nəzərə alınmadan 2022-ci il üçün proqnozların artımla tərtib edilməsi səbəbindən icra səviyyəsi aşağı olub, bir neçə xərc istiqaməti üzrə vəsait icra edilməyib, bir sıra xərclərdə icra səviyyəsi 80 faizdən az, bir sıra xərc istiqamətlərində isə daha aşağı olub. İlkin xərclər smetası təsdiq edilən zaman büdcə vəsaitinə olan ehtiyacın düzgün müəyyənləşdirilməməsi nəticəsində ilkin dürüstləşmə zamanı artırılmış xərclər bəzi hallarda sonrakı dürüstləşmələr zamanı azaldılıb, bəzi hallarda tələbat olmadığı halda dürüstləşmə aparılaraq xərc maddələri artırılsa da, artırılmış vəsaitlər istifadə olunmayıb, icra ilkin təyinatdan da aşağı olub.

Büdcədənkənar fəaliyyətin təhlili digər regional mədəniyyət idarələrində olduğu kimi, audit obyektində də fəaliyyətin əhatəli şəkildə təşkil edilmədiyini və gəlirlərin artırılması ilə bağlı potensialdan tam istifadə olunmadığını göstərir. Belə ki, ümumilikdə İdarənin əhatəsində olan 122 sayda müəssisənin 2021-ci ildə 23,8 faizində, 2022-ci ildə isə 28,7 faizində bu fəaliyyət təşkil edilib, auditin əhatə etdiyi illərdə büdcədənkənar gəlirlərin daxil olduğu müəssisə sayının təkcə 20,7 faiz artımı fonunda gəlirlər 2 dəfə artım meyli nümayiş etdirib. Tədrisin şagird sayının müəyyən edilmiş normalara riayət edilmədən, eləcə də sinif otaqları çatışmadığı halda təşkili dərs saatlarının düzgün tarifləşdirilməməsi və dərs saatlarının üst-üstə düşməsi ilə nəticələnərək dövlət vəsaitinin də artıq istifadəsinə şərait yaradıb. Göstərilən nöqsanlar səbəbindən İdarənin əhatə etdiyi rayon və şəhərlər üzrə ümumilikdə 353,5 artıq dərs saatı tarifləşdirilməklə 99,6 min manat məbləğində dövlət vəsaitinin artıq istifadəsinə yol verilib, bu istiqamətdə nöqsanların daha çox 2020/2021-ci tədris ilinə aid olması müəyyən edilib. Abşeron rayonu Saray qəsəbə Uşaq İncəsənət məktəbi üzrə təsdiq edilmiş dərs cədvəli üzrə sinif otaqları çatışmadığı halda tədrisin təşkil edildiyi, bununla da dərs cədvəlində

dərs saatlarının toqquşması, məktəb üzrə 2022/2023-cü tədris ilində bu səbəbdən keçirilməyən dərs saatlarına görə ümumilikdə 76 müəllim üzrə 2022-ci ilin sentyabr ayından 2023-cü ilin fevral ayınadək 34,6 min manat məbləğində əməkhaqqı ödənildiyi müəyyən olunub. Hüquqi aktların tələblərinə tam əməl olunmaması bir sıra mədəniyyət müəssisələrinin strukturunun düzgün müəyyən edilməməsi və artıq ştatların saxlanılmasına şərait yaradıb, həmin ştatlar üzrə dövlət vəsaitinə əlavə tələbat formalaşdırılıb, idarənin əhatə etdiyi mədəniyyət müəssisələri üzrə cəmi 24,5 ştat vahidi artıq saxlanılmaqla 220,8 min manat əməkhaqqı ödənilib.

İdarənin tabeliyində fəaliyyət göstərən müəssisələrdə ali və ya orta ixtisas tələb olunan vəzifələrdə orta təhsilli əməkdaşların çalışdığı müəyyən olunub, bununla da İdarə tərəfindən Əsasnamədə tabeliyində olan qurumların fəaliyyətinə nəzarəti həyata keçirmək, onların şəbəkəsinin inkişafı və maddi-texniki bazasının gücləndirilməsi üçün tədbirlər görmək kimi vəzifəsi tam yerinə yetirilməyib. Auditin əhatə etdiyi dövr ərzində İdarənin əhatə etdiyi mədəniyyət müəssisələri üzrə dərəcələrin düzgün müəyyən olunmaması, tarifləşmənin düzgün aparılmaması 4,3 min manat artıq, eləcə də 2,7 min manat əskik əməkhaqqı ödənilməsi ilə nəticələnib. Eləcə də ezamiyyə xərclərinin icrası zamanı ezamiyyə günlərinin sayının fəaliyyətə uyğun olmaqla düzgün hesablanmaması, əlavələrin müvafiq qaydada tətbiq edilməməsi, İdarənin balansında olan avtomobillərə sərf edilmiş yanacaq xərcinin ödənilməsi zamanı normalara əməl olunmaması artıq büdcə vəsaitinin istifadəsinə şərait yaradıb.

Dövlət ehtiyaclarının ödənilməsi məqsədilə əsasən rəqabətli satınalma metodlarına üstünlük verilsə də, satınalmalar planlaşdırılmayıb, şəffaflıqla bağlı hüquqi aktların tələblərinə əməl olunmayıb, tender komissiyasının tərkibinin və üzvlərinin sayının hüquqi aktların tələblərinə uyğun müəyyən edilməsi fonunda komissiyanın fəaliyyətinin düzgün təşkil olunmaması hesabatlılığın təmin edilməməsi ilə nəticələnib.

Toplanmış audit sübutları, həmçinin İdarə tərəfindən təqdim edilmiş məlumatlar yetərli və müvafiq olmaqla kafi əminliyi formalaşdırmış, auditor tərəfindən İdarənin əməyin ödənişi, eləcə də mühasibat uçotunun təşkili və maliyyə hesabatlarının tərtibi istiqamətində fəaliyyəti istisna olmaqla, əsasən qüvvədə olan hüquqi aktlara uyğun olması ilə bağlı rəy təqdim edilib. Audit sübutlarının qiymətləndirilməsi, həmçinin audit qrupunun hesabatında əks etdirilmiş nöqsanlara dair İdarənin münasibəti diqqətə alınmaqla əməyin ödənişi, büdcədənkənar fəaliyyətin təşkili, dövlət satınalmalarının keçirilməsi, həmçinin mühasibat uçotunun təşkili və aparılması prosesində hüquqi aktların tələblərinə tam riayət edilməsi və bu sahədə nəzarətin gücləndirilməsi zərurəti hesabatda diqqətə çatdırılıb.

Auditin nəticələri üzrə qəbul edilmiş Kollegiya Qərarında aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədilə İdarə tərəfindən ümumilikdə 353,5 saat hesabına artıq ödənilmiş əməkhaqqı üzrə cəmi 99542,5 manat, əməkhaqqına əlavələr üzrə 8040,2 manat, Saray qəsəbə Uşaq İncəsənət məktəbi üzrə dərslərin üst-üstə düşməsi səbəbindən artıq ödənilmiş 34564,0 manat vəsaitdən 28600,0 manat, əməkhaqqı kartlarına artıq ödənilmiş 6 halda ümumilikdə 2371,27 manat, normadan artıq ödənilmiş yanacaq xərci üzrə 658,0 manat, ezamiyyə günlərinin sayının düzgün müəyyən edilməməsi nəticəsində 5 halda artıq ödənilmiş ezamiyyə xərci üzrə 1344,6 manat, tədbirlərin keçirilməsi məqsədilə istifadə edilən materialların düzgün olmayaraq xərcə silinmiş dəyəri üzrə 1510,0 manat məbləğində vəsaitin dövlət büdcəsinə bərpa olunduğu, Sumqayıt şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemində 8,0 ştat vahidinin cari ilin fevralın 1-dən yeni ştat cədvəlinə daxil edildiyi, 2022-ci ilin maliyyə hesabatlarının layihəsində müəyyən olunmuş təhriflərin düzəlişlər edilməklə hesabatların yenidən tərtib olunduğu nəzərə alınmış, tarifləşmənin düzgün aparılmaması səbəbindən artıq ödənilmiş 4265,6 manat və əskik ödənilmiş 2688 manat, dərslərin üst-üstə düşməsi səbəbindən 34564 manat artıq ödənilmiş əməkhaqqından qalan 5964 manat məbləğində vəsaitin müvafiq qaydada bərpasının təmin edilməsi, artıq ödənilmiş vəsaitlərin bərpasının maliyyə hesabatlarında əks olunması ilə bağlı tapşırıqlar əks olunub. Eləcə də, əməyin ödənilməsi ilə bağlı yol verilmiş nöqsanlar, xüsusilə əskik ödənilmə halları, eləcə də digər regional idarələrdə göstərilmiş nöqsanlara rast gəlinmə riskini diqqətə çatdırmaqla auditin nəticəsi üzrə aşkar edilmiş qanunvericiliyin pozulması halları və nöqsanların aradan qaldırılması məqsədilə Hesablama Palatasının kollegiya qərarının və təsdiq olunmuş auditor hesabatının surətinin Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə göndərilməsi təklif edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib