Hesablama Palatasının kollektivi Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib
Bakı, 26 fevral, AZƏRTAC
Hesablama Palatasının rəhbərliyi və kollektivi Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Bakının Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər.
Palatadan AZƏRTAC-a bildirilib ki, qurumun əməkdaşları abidənin önünə gül dəstələri düzərək Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini dərin ehtiramla yad ediblər.