Həsrət Cəfərov Paris Olimpiadasında iştirak edəcək ən gənc güləşçilər sırasındadır
Bakı, 15 iyul, AZƏRTAC
Dünya Güləş Birliyi (UWW) “Paris-2024” Yay Olimpiya Oyunlarında iştirak edəcək ən gənc güləşçilərin adlarını açıqlayıb.
AZƏRTAC qurumun rəsmi saytına istinadən xəbər verir ki, 15 idmançının yer aldığı siyahıda Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram) da var. 21 yaşlı pəhləvan 13-cü pillədə qərarlaşıb. Siyahıya Şimali Koreyadan olan qadın güləşçi Sol Qum Pak (18 yaş) başçılıq edir.
Qeyd edək ki, Azərbaycan güləşçiləri Paris Olimpiadasına ümumilikdə 12 lisenziya qazanıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [12:28]
Qəbələ-Xankəndi Ultramarafonunda ilk mərhələnin qalibi bəlli olub
- 08.10.2026 [11:32]
Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik
- 08.10.2026 [11:15]
Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb
- 08.10.2026 [11:01]
Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq
- 08.10.2026 [10:22]
Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək
- 08.10.2026 [10:04]