HƏŞTƏRXAN VİLAYƏTİNDƏ MATƏM ELAN EDİLMİŞDİR
AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərdə deyilir ki, Həştərxan vilayətində qubernator Anatoli Qujvinin qəfil ölümü ilə əlaqədar avqustun 18-20-si matəm günləri elan edilmişdir. Dövlət bayraqları endirilmiş, bütün yerli televiziya və radio kanallarında əyləncəli verilişlər dayandırılmışdır. A.Qujvinin dəfni avqustun 19-da Həştərxan şəhərinin mərkəzi qəbiristanında olacaqdır.
59 yaşlı A.Qujvin avqustun 17-də istirahətdə olduğu Soçidə qəflətən vəfat etmişdir. O, nəvələri ilə voleybol oynayarkən ürək nahiyəsində ağrılar hiss etmiş və tezliklə keçinmişdir. Həkimlərin diaqnozuna görə, o, kəskin ürək çatışmazlığından ölmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]
Ankara Böyükşəhər Bələdiyyəsinin sədri CHP-dən istefa verib
- 23.09.2026 [15:00]