HƏŞTƏRXANDA XƏZƏRYANI ÖLKƏLƏRİN KUKLA TEATRLARININ I BEYNƏLXALQ FESTİVALI KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, noyabrın 1-dən 8-dək Həştərxanda Xəzəryanı ölkələrin kukla teartlarının I Beynəlxalq festivalı keçiriləcəkdir.
Ona yaxın ölkənin təmsil olunduğu festivalda A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı da iştirak edəcəkdir. Teatr festivalda fransız yazıçısı Şarl Perronun “Qırmızıpapaq” nağılı əsasında səhnələşdirilmiş eyni adlı tamaşanı nümayiş etdirəcəkdir.
Tamaşanın quruluşçu rejissoru Elşad Rəhimzadə, rəssamı Lətifə Quluzadə, bəstəkarı xalq artisti Cahangir Zülfüqarovdur.
Rolları Hökumə Əbdürrəhimova, Səriyyə Mansurova, İqbal Əliyev, Səadət Həsənova ifa edəcəklər.
E.Rəhimzadə bildirmişdir ki, teatrın kollektivi oktyabrın 31-də Həştərxana yola düşəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [11:38]
Peşəkar rəssamların etüd əsərləri Xətai Sənət Mərkəzində nümayiş olunacaq
- 05.10.2026 [20:02]
Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub
- 05.10.2026 [19:16]
İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb
- 05.10.2026 [19:10]
Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub
- 05.10.2026 [18:43]