Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda hörmətli qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini hava limanında Azərbaycanın Baş nazirinin müavini Abid Şərifov və digər rəsmi şəxslər qarşıladılar.
Gürcüstanın və Azərbaycanın dövlət himnləri səsləndirildi.