Azərbaycan Dövlət İnformasiya Agentliyi

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adından şəhidlərin ruhuna ehsan verilib

Bakı, 7 aprel, AZƏRTAC 

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində ermənilərin təxribatının qarşısını alarkən qəhrəmanlıqla şəhid olan hərbçilərin ruhuna aprelin 7-də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adından ehsan verilib. Heydər Məscidində təşkil olunan ehsan mərasimində Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Vətən torpaqlarının azadlığı uğrunda mübarizədə şəhid olan və yaralanan hərbçilərin anaları, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva son günlər qoşunların təmas xəttində düşmən tərəfindən atəşkəsin pozulması nəticəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə qəhrəmanlıqla şəhid olan və yaralanan hərbçilərin ailə üzvləri, həmçinin yaxınları ilə görüşdü.

Şəhid analarına və onların doğmalarına dərin hüznlə başsağlığı verən, yaralılara şəfa diləyən Mehriban ƏLİYEVA dedi:

-Hörmətli xanımlar, əziz analar, əziz bacılar cəbhə xəttində vətən uğrunda həlak olmuş, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi naminə canlarını qurban vermiş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Xahiş edirəm həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad edək.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Mehriban Əliyeva dedi: Analara, valideynlərə, qohumlara Allah səbir versin. Yaralanmış, xəsarət almış əsgərlərimizə Allah şəfa versin. Bu gün bizim qəhrəman döyüşçülərimiz Vətən qarşısında müqəddəs borclarını şərəflə yerinə yetirirlər. Bu günlər bütün xalqımız həm qələbə sevinci, qələbə duyğusu, eyni zamanda, kədər hissi yaşayır.

Əziz analar, mən bir ana kimi sizin qarşınızda baş əyirəm. Siz elə övladlar böyütmüsünüz ki, bu gün bütün xalq onlarla fəxr edir. Əlbəttə, heç bir ana istəməz ki, müharibə olsun, övladlarımız gənc yaşında dünyalarını dəyişsin. Azərbaycan dövləti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün artıq 20 ildən çoxdur ki, bütün səylərini göstərir. Biz istəyirik ki, torpaqlarımız azad edilsin. Biz istəyirik ki, insanlarımız öz doğma yurdlarına qayıtsın. Biz işğalçı deyilik. Biz işğalçı ilə mübarizə aparan millətik. Bizim heç bir başqa millətin, başqa xalqın torpağında gözümüz yoxdur. Biz, sadəcə, öz torpaqlarımızı işğaldan azad etmək istəyirik. Bu həqiqəti bütün dünya bilir və artıq qəbul etməlidir. Ədalətsiz, işğalçı siyasətin qarşısını almaq üçün bizim qəhrəman ordumuz, qəhrəman övladlarımız var. Azərbaycan xalqı üçün hər bir əsgərimiz dəyərlidir və əzizdir. Dünyanın ən böyük sərvəti olan ömrünü Vətən naminə qurban verən hər bir övladımız Azərbaycanın tarixində qəhrəman kimi yaşayacaq. Bu günlər bütün xalqımız ordumuza dəstək verir.

Əziz analar, sizin qəlbinizdə yaşayan ağrı və kədər əminəm ki, hər bir Azərbaycan qadınının ürəyində yaşayır. Bir daha çox sağ olun. Çox sağ olun ki, belə övladlar böyütmüsünüz. Çox sağ olun ki, ömrünüzün ən ağır anlarını belə ləyaqətlə qəbul edirsiniz. Mən əminəm ki, ədalət bərpa olunacaq. Azərbaycan torpaqları işğaldan azad ediləcək, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq. Bütün qaçqınlarımız, məcburi köçkünlərimiz öz doğma torpaqlarına qayıdacaqlar. Bunun üçün biz güclü və birgə olmalıyıq. Əminəm ki, biz bu sınaqdan da birgə şərəflə çıxacağıq. Allah hər zaman Azərbaycanı qorusun!

X X X

Sonra müqəddəs Qurani Kərimdən ayələr oxundu. Qoşunların təmas xəttində ermənilərin təxribatının qarşısını alarkən qəhrəmanlıqla şəhid olan hərbçilərin ruhuna Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adından ehsan verildi.

Birinci xanım Mehriban Əliyeva son günlərdə Vətən torpaqlarının azadlığı uğrunda şəhid olan 31 hərbçinin ailə üzvlərinə, yaxınlarına başsağlığı verdi, yaralıların tezliklə sağalmasını arzuladı. Şəhid hərbçilərimizin qohumları ağır itki ilə üzləşdiklərini söyləsələr də, şəhidlərimizin hər bir vətəndaş üçün müqəddəs olan Vətən uğrunda öz canlarından keçdiklərini dedilər. Qeyd etdilər ki, Azərbaycan Silahlı Qüvvələrinin erməni işğalçılarına verdiyi tutarlı cavabdan qürurlanırlar. Onlar bildirdilər ki, Azərbaycan Ordusu xalqımıza erməni silahlı birləşmələrinə qarşı apardıqları əməliyyatlarda qazanılan zəfərin sevincini yaşadıb. Şəhid olan və yaralanan hərbçilərin ailə üzvləri Azərbaycan Ordusundan yeni qələbə xəbərləri eşitmək arzusunda olduqlarını dedilər. Azərbaycanın tezliklə işğal altındakı torpaqlarının geri qaytarılacağına əminliklərini ifadə etdilər. Göstərilən diqqət və dəstəyə görə Azərbaycan dövlətinə və xalqına minnətdarlıqlarını bildirən şəhid və yaralı hərbçilərimizin ailə üzvləri qüdrətli ordumuzun düşmənlərimizə vurduğu sarsıdıcı zərbələrdən qürur hissi keçirdiklərini bildirdilər.

X X X

AZƏRTAC-ın müxbiri mərasimdə şəhidlərin anaları və yaxınlarından müsahibələr alıb.

Şəhid Ruhin Qəhrəmanovun bibisi dedi: Allah Prezidentimizə cansağlığı versin. Soydaşlarımıza, bütün oğullarımıza şəhidlərimiz kimi qeyrətli olmağı arzulayıram ki, hamısı Vətənimiz uğrunda son damla qanlarına qədər vuruşsunlar. Oğullarımızın hünəri bizi qürurlandırır. Şəhid balalarımız öz hünərləri ilə başımızı uca etdilər. Onlar Azərbaycanımızın adını bütün dünyada ucaltdılar. Bütün dünya bilsin ki, Azərbaycanın belə qəhrəman oğulları var, Vətənimiz, torpağımız, Prezidentimiz uğrunda canlarından keçməyə hazırdırlar.

Şəhid mayor Elnur Əliyevin həyat yoldaşı dedi: Yoldaşım şəhid olub. Fəxr edirəm ki, mənim yoldaşım torpaqlarımızın azadlığı uğrunda şəhid olub. Onun iki övladı var. İstəyirəm onlar da ataları kimi Vətənini, millətini sevən, onun şərəfli yolunu davam etdirən övladlar olsunlar. Biz dövlətimizin qayğısından, Prezidentimizdən, birinci xanımımızdan çox razıyıq. Biz onun qayğısını həmişə hiss etmişik. Hərbçilərə və onların ailə üzvlərinə göstərdiyi qayğıya görə çox minnətdaram.

Şəhid kəşfiyyatçı Nicat İsgəndərovun anası dedi: Övladım Vətən uğrunda şəhid olub. O, vətənsevər övlad idi. Vətəni sevən igid övladım qəhrəmancasına həlak olub. Nicat iki il idi ki, nişanlı idi. Buradan nişanlısına demək istəyirəm ki, qızım, dözümlü ol, çünki sənin qəhrəman nişanlın Vətən uğrunda şəhid olub. Vətən sağ olsun! Allah bütün şəhidlərə rəhmət eləsin. Hər zaman başım ucadır. Övladımla fəxr edirəm. Övladımla yanaşı, bütün şəhidlərlə fəxr edirəm. Mən şəhid bacısı kimi qızıma, şəhid nişanlısı kimi gəlinimə deyirəm ki, hər zaman başınızı dik tutun.

Şəhid Urfan Vəlizadənin həyat yoldaşı dedi: Mən Urfanın adını qürurla daşıyıram. Onun balaları - qızları onun yolunu gözləsələr də, başa düşürlər ki, onların atası qəhrəmandır. Biz çox sevinirik ki, şəhidlərimiz canlarını qurban versələr də düşmənlərimizə qalib gəliblər. Urfan həmişə deyirdi ki, biz torpaqlarımızı mütləq azad etməliyik, bu problemi bizdən sonrakı nəsillər üçün saxlaya bilmərik. Necə olursa-olsun torpaqlarımızı azad etməliyik. Biz öz torpaqlarımızı heç kəsə verməyəcəyik. Allah bütün şəhidlərə rəhmət eləsin. İndi yoldaşım bizim arxamızda dura bilməsə də, dövlət bizim arxamızda durur. Dövlətimiz övladlarımızı atasız böyüməyə qoymaz. Sağ olsun dövlətimizin başçısı.

Şəhid Bəkir İsmayılovun həyat yoldaşı dedi: Mənim yoldaşım Mİ-24 helikopterində vurulub. Mən onunla fəxr edirəm. Bütün şəhid analarına isə səbir diləyirəm. Biz fəxr etməliyik ki, belə igid oğullarımız var. Vətənimiz sağ olsun! Allah bütün şəhidlərimizə rəhmət eləsin. Dövlətimiz bizə çox gözəl qayğı göstərir. Bütün şəhid valideynlərinə, şəhid ailələrinə qayğısı çox gözəldir. Çox sağ olsun millətimiz, çox sağ olsun Prezidentimiz. Qürur hissi ilə söyləyirik ki, bizim belə bir Prezidentimiz var. Ona qayğısına görə çox minnətdaram.

Təyyarəçi mayor Təbriz Musazadənin həyat yoldaşı dedi: Yoldaşım aprelin 2-də gedən döyüşlərdə şəhid oldu. Mən onunla fəxr edirəm. Övladlarım da fəxr edir ki, onun kimi ataları olub. Düşməndən qisasımızı alacağıq. Çünki bizim o cür qəhrəman övladlarımız var. Bizim qeyrətli Prezidentimiz var. Vətən sağ olsun!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rafik Danakari: Ağoğlan monastırı Azərbaycan xalqının irsidir

Doqquz ayda dəmir yolları ilə 8,5 milyonadək sərnişin daşınıb

Azərbaycan Standartlaşdırma İnstitutu və Türkiyə Standartlar İnstitutu 2026-2027-ci illər üçün Fəaliyyət Planı imzalayıb

Səfir: Azərbaycan ilə Almaniyanın iqtisadi əməkdaşlığının inkişafı üçün böyük potensial var

QHT sədri: 2027-ci il sosial siyasətdə yeni mərhələnin başlanğıcı olacaq

Qazaxıstan Oman limanları vasitəsilə ticarət dəhlizini inkişaf etdirmək niyyətindədir

Professor: Sülh sazişləri təkcə beynəlxalq hüquqa deyil, həm də dövlətlərin konstitusion sistemlərinə əsaslanır

Elza Səmədova: Builki Astronavtika Konqresində 87 tələbəmizin məqaləsi “Scopus Index” bazasına daxil edilib

Qadcetlər uşaqlar üçün öyrənmə və araşdırma vasitəsinə çevrilə bilərmi? - müəllim izah edir VİDEO

Qadcetlər uşaqlar üçün öyrənmə və araşdırma vasitəsinə çevrilə bilərmi? - müəllim izah edir VİDEO

Səudiyyəli yazıçı: Ədəbiyyat yalnız kitab deyil, cəmiyyətləri birləşdirən yumşaq gücdür –MÜSAHİBƏ

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

Fransa yüksək faizlərin təzyiqi altındadır

Almaniya səfiri: Azərbaycanın regionda nəqliyyat əlaqələndirilməsində mühüm rolu var

Kral Çarlz Endryunun polisə qarşı hüquqi mübarizəsini maliyyələşdirməyəcək

Dirk Lölken: Almaniya-Azərbaycan münasibətlərinin inkişafı üçün mühüm siyasi çərçivə yaradılıb

Nərgiz Viek: Orta Dəhliz yalnız tranzit marşrutu deyil, investisiya platforması olmalıdır

Alban-Udi icmasının üzvləri Laçındakı Ağoğlan monastırını ziyarət ediblər

Enerji potensialından yeni iqtisadi imkanlara doğru - ŞƏRH

Fransada gənclərin 76 faizi ölkənin gələcəyindən narahatdırlar

Milli Məclisin sədri PAİ-nin 153-cü Assambleyasının açılış mərasimində iştirak edib

Gerlind Heckmann: Azərbaycan ilə Almaniya arasında iqtisadi sahədə dinamika var

Nərgiz Viek: Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün böyük potensial var

AQTA: Fransanın aidiyyəti qurumları ilə heyvanların identifikasiyası sahəsində təcrübə mübadiləsi aparılıb

Qarabağ və Şərqi Zəngəzurun mədəni irsi və turizm potensialı CİS texnologiyaları ilə araşdırılacaq

Qubada 59 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb VİDEO

Qubada 59 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb VİDEO

Avropa Yenidənqurma və İnkişaf Bankı: Azərbaycanda tənzimləmə mühiti çox sabitdir

Oktyabrın 7-də bəzi yerlərdə leysan yağacaq VİDEO

Oktyabrın 7-də bəzi yerlərdə leysan yağacaq VİDEO

“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb

“OpenAI” Avstraliya hökumət saytlarına müdaxilə ilə bağlı reaksiyasını yetərsiz adlandırıb

AİB 2030-cu ilədək özəl sektor kreditləşməsini illik 13 milyard dollara çatdırmağı hədəfləyir

“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir

Səudiyyə Ərəbistanının iki hava limanına hücumlar zamanı üç nəfər yaralanıb

Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb

® Meksika səfiri Azərbaycanın özəl sektoru ilə əməkdaşlıq imkanlarını dəyərləndirib

® “Rabitəbank”ın ipoteka portfeli 200 milyon manatı ötüb

Almaniyada kəşfiyyat xidmətinin sabiq rəhbəri saxlanılıb

Fransada liseylərdə şərait böhranı: şagirdlər daha yaxşısını tələb edir, regionlar isə xərclərdən narahatdır

“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb

Azərbaycandan Böyük Britaniyaya məhsul ixracının dəyəri 14 dəfədən çox artıb – QRAFİK

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNƏCƏK

Romada yaşayış binasının həyətində partlayış baş verib

Azərbaycan və Bolqarıstanın memarlıq irsi tələbələrin gözü ilə - Sofiya Universitetində fotosərgi açılıb

"Azərişıq”: İlin sonunadək Zirə ETSİ-nin xidməti ərazisində 11 yeni güc mərkəzi yaradılacaq VİDEO

"Azərişıq”: İlin sonunadək Zirə ETSİ-nin xidməti ərazisində 11 yeni güc mərkəzi yaradılacaq VİDEO

Messi Argentina millisində karyerasını başa vurur: Vida oyunu ilə bağlı əsas məqamlar

“Qızıl adam” və türk irsi: Qazaxıstan Milli Muzeyindən  REPORTAJ  VİDEO

“Qızıl adam” və türk irsi: Qazaxıstan Milli Muzeyindən REPORTAJ VİDEO

Qubada 19 kiloqram narkotik vasitə aşkarlanıb

Azərbaycan Ankarada keçirilən İstehlakçı Şurasının 30-cu iclasında təmsil olunub

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Ağbat məbədi

Əlilliyi olan gənclər Balaxanının tarixi məkanlarını ziyarət ediblər

Deputat: Təhlükəsizlik təmin olunmadan inkişafı əldə etmək çox çətindir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Akademik: Gənc tədqiqatçılar yüksək intellektual potensiala malik bir nəsil kimi yetişməlidirlər

İqtisadi güc yeni inkişaf mərhələsinin əsas dayağıdır - ŞƏRH

AMEA-da görkəmli alim Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Rizvan Nəbiyev: Qurultayda səsləndirilən fikirlər ölkəmizin inkişaf istiqamətlərinin əsasını təşkil edir

Misir Mərdanov: Ən böyük qazancım xalqıma və Vətənimə xidmət etməyə çalışmağım olub

ABŞ qüvvələri İranla əlaqəli 130 ticarət gəmisinin marşrutunu dəyişdirib

BMT-nin Baş katibi Pakistanda səfərdədir

Urxan Ələkbərov: Ölkəmiz yüksək nailiyyətlər qazanıb

Peşəkar rəssamların etüd əsərləri Xətai Sənət Mərkəzində nümayiş olunacaq

Azərbaycanın daha 5 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb

® SAĞLAM AİLƏ Tibb Mərkəzləri Şəbəkəsi Beynəlxalq Ahıllar Günü münasibətilə sosial təşəbbüs həyata keçirib

İstanbulda orta məktəb şagirdi həmyaşıdlarına bıçaqla hücum edib: 5 nəfər yaralanıb

Avropa Azərbaycandan idxal etdiyi qazın həcmini artırmaq niyyətindədir

Yəməndə döyüşlər 184 mindən çox insanı didərgin salıb

Əlilliyi olan şəxslərlə çalışan mütəxəssislər üçün təlim keçirilir

Baş nazirin müavini: Trans-Xəzər fiber-optik xəttinin bu ay istifadəyə verilməsi gözlənilir

İdman tarixində bu gün: Həbib Nurməhəmmədov – Konor Makqreqor döyüşündən 8 il ötür

FHN sel və daşqın zamanı təhlükəsizlik qaydalarını açıqlayıb

Politoloq: Azərbaycanın siyasi və iqtisadi gücü nəticəsində bu gün artıq yeni gündəm formalaşıb

Xalq rəssamı Arif Hüseynovun əsəri Ankara Rəsm və Heykəltaraşlıq Muzeyinin daimi ekspozisiyasına daxil edilib

Antalyada “Azərkosmos”un coğrafi informasiya sistemləri imkanları barədə məlumat verilib

IEA: Cənub-Şərqi Asiyada elektrik enerjisinə tələbat 2026-2030-cu illərdə orta hesabla 5,4 faiz artacaq

Bakı-Xankəndi velosiped yarışının gələn il üçün keçirilmə tarixləri müəyyənləşib

Azərbaycan Kubokunda I təsnifat mərhələsinin təyinatları açıqlanıb

Dünya Bankı Azərbaycanda iqtisadi artımla bağlı proqnozlarını açıqlayıb

Britaniyada 2 qızıl medal qazanan gimnast: Yarış dünya çempionatı öncəsi vacib sınaq oldu

AQEM-ə üzv dövlətlərin nümayəndələri "ASAN xidmət"də

Göygöldə regional konfrans: “Birgəyaşayış mədəniyyəti cəmiyyətin mənəvi dayağı kimi” VİDEO

Göygöldə regional konfrans: “Birgəyaşayış mədəniyyəti cəmiyyətin mənəvi dayağı kimi” VİDEO

"Neftçi" FIBA Avropa Kubokunda mübarizəyə başlayır

Milli Məclisin sədri: Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb

Fransada lisey şagirdlərinin etirazları: 5 mindən çox şəxs saxlanılıb, hökumət böhran toplantısı keçirib

Nazir müavini: Trans-Xəzər Fiber-Optik Kabel Layihəsi Azərbaycanın rəqəmsal tranzit qovşağı rolunu gücləndirəcək

Vüqar Məmmədov: Orta Dəhliz inteqrasiya olunmuş logistika ekosisteminə çevrilməlidir VİDEO

Vüqar Məmmədov: Orta Dəhliz inteqrasiya olunmuş logistika ekosisteminə çevrilməlidir VİDEO

DİN: Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb

Moskva vilayətinə dron hücumları nəticəsində ölən və yaralananlar var

“Sabah” FIBA Çempionlar Liqasında mübarizəyə başlayır

Şahin Mustafayev Rusiya Hökumətinin nümayəndələri ilə görüşüb YENİLƏNİB

XİN: Qara dənizdə yük gəmisinə dron hücumunda azərbaycanlı kapitan həlak olub, 1 nəfər itkin düşüb VİDEO

XİN: Qara dənizdə yük gəmisinə dron hücumunda azərbaycanlı kapitan həlak olub, 1 nəfər itkin düşüb VİDEO

Ələt Azad İqtisadi Zonasının ərazisində hava limanının fəaliyyətə başlayacağı tarix açıqlanıb VİDEO

Ələt Azad İqtisadi Zonasının ərazisində hava limanının fəaliyyətə başlayacağı tarix açıqlanıb VİDEO

Almaniya səfiri: Bağlantılar tezliklə ikitərəfli iqtisadi münasibətlərimizdə energetikadan sonra ikinci yeri tutacaq

Sahibə Qafarova: İslam dünyasının qarşılaşdığı çağırışlar daha güclü əməkdaşlıq tələb edir

Laçında daha üç su elektrik stansiyası tikilir VİDEO

Laçında daha üç su elektrik stansiyası tikilir VİDEO

“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” ilə bağlı yekun investisiya qərarının veriləcəyi tarix açıqlanıb VİDEO

“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” ilə bağlı yekun investisiya qərarının veriləcəyi tarix açıqlanıb VİDEO

BMT QAK: 2025-ci ildə təxminən 5,8 milyon qaçqın uşaq təhsildən kənarda qalıb

Dünya çempionatı: Azərbaycanın 3 cüdoçusu tatamiyə çıxır

Azərbaycan fərqli tərəflər arasında dialoq imkanları yarada bilən dövlətdir RƏY

Səməd Bəşirli: Alman şirkətlərinə təklifimiz sadədir - Azərbaycana gəlin, lakin daha geniş region üçün istehsal edin

“e-müqavilə” altsistemində imzalanan müqavilələrin məbləği 3 milyard manatı ötüb