Azərbaycan Dövlət İnformasiya Agentliyi

HEYDƏR ƏLİYEV FONDUNUN PREZİDENTİ,YUNESKO-NUN XOŞMƏRAMLI SƏFİRİ, MİLLİ MƏCLİSİNDEPUTATI MEHRİBAN ƏLİYEVA ŞAMAXI RAYONUNDAOLMUŞDUR

“Təhsil hər bir millətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir”.

Heydər Əliyev

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva sentyabrın 16-da Şamaxı rayonunda olmuşdur.

Mehriban xanım Heydər Əliyev Fondunun təşəbbüsü ilə rayonda görülmüş işlərlə tanışlığa Şamaxı şəhərindəki internat məktəbdən başladı. Məktəbin müəllim və şagird kollektivi Mehriban xanımı məktəbin qarşısında hərarətlə, gül-çiçəklə qarşıladılar.

Direktor Vəlican Güləliyev bildirdi ki, 1964-cü ildə tikilmiş bu məktəb uzun illər təmir edilmədiyindən öz görkəmini tamam itirmişdi, tavanı, döşəməsi yağış sularından çürümüş, avadanlığı köhnəlmiş, işıq, su sistemi qəza vəziyyətinə düşmüşdü. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva ötən ilin aprelində rayonda olarkən bu məktəbə də gəlmiş, vəziyyətlə tanışlıqdan sonra bu təhsil ocağının əsaslı təmirinə kömək edəcəyini vəd etmişdi.

“Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində burada görülən işlər bütün bu problemləri aradan qaldırmışdır. Dam örtüyü, tavan, döşəmə, pəncərə və qapılar tamamilə dəyişdirilmiş, bütün avadanlıq təzələnmiş, kompyuterlər alınmışdır. Həyətə, məktəb yoluna asfalt döşənmiş, bağ sahəsində ağaclar, gül-çiçək kolları əkilmişdir. 31 sinif otağı olan məktəbdə 516 şagird təlim-tərbiyə alır. Onların əksəriyyəti imkansız ailələrin uşaqlarıdır. Şagirdlərə gündə 3 dəfə pulsuz yemək verilir. Builki məzunlardan 17 nəfəri ali və orta ixtisas təhsili məktəblərinə, bir hissəsi isə yaxınlıqdakı texniki peşə məktəbinə daxil olmuşdur.

Mehriban xanım məktəbin sinif otaqlarına, kompyuter, fənn kabinələrinə, idman salonuna, əmək təlimi emalatxanasına, yeməkxana və kitabxanasına baxdı, ayrı-ayrı siniflərdə müəllim və şagirlərlə söhbət etdi, məktəblilərin bilik səviyyəsi ilə maraqlandı, birinciləri xüsusi təbrik edərək onlara yalnız əla oxumağı tövsiyə etdi. O, ümummilli liderimiz Heydər Əliyevin ömür yoluna həsr edilmiş, Azərbaycan Prezidenti İlham Əliyevin rayonda keçirdiyi görüşləri, Fondun Şamaxıda reallaşdırdığı layihələri, eləcə də məktəbin köhnə və təzə görkəmini əks etdirən fotostendlərə də baxdı.

Görülmüş işlərin keyfiyyətindən razı qalan Mehriban xanım soyuqlar düşənə kimi istilik sisteminin də işə salınmasının vacibliyini vurğuladı. Rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov artıq tikinti-quraşdırma işlərinə başlandığını, yaxın bir ayda bu problemin də aradan qaldırılacağını bildirdi.

40 illik pedaqoji stajı olan sinif müəllimi Fəsilə Abbasova Fondun prezidentinə müraciətlə dedi ki, bu məktəbin belə yüksək səviyyədə təmiri, bütün avadanlığın təzələnməsi hamımızı sevindirmiş, daha yaxşı işləməyə ruhlandırmışdır. Bütün görülən işlərə görə, çox sağ olun. Şamaxılılar Prezident İlham Əliyevin və sizin rayonda keçirdiyiniz görüşləri heç zaman unutmayacaqlar. Hər belə səfərdən sonra rayonun xeyli problemi həll edilir. Rayon rəhbərliyi də camaatın müraciətlərinə daha diqqətlə yanaşır, geniş quruculuq-abadlıq işləri görülür, kəndlərdə də müsbət yeniliklər çoxdur.

Mehriban xanım indiyədək Fondun təşəbbüsü ilə ölkəmizdə 25 internat məktəbinin və uşaq evinin belə yüksək səviyyədə əsaslı təmir edildiyini, yenidən qurulduğunu, bu işlərin davam etdiriləcəyini bildirərək dedi:

- Uşaqları belə məktəblərdə təhsil, tərbiyə alan görəndə, müəllimlər üçün də rahat şəraitin olduğunu hiss eləyəndə mənim də ürəyim açılır. Bu, həm də Azərbaycan Prezidentinin arzu və istəyidir. Artıq sizdə də belə şərait var, daha yaxşı işləyin, məktəbi də təmiz saxlayın, uşaqları da buna öyrədin.

Sonra Mehriban Əliyeva məktəbin qarşısına toplaşmış müəllim və şagirdlərə, sakinlərə müraciət edərək onları yeni dərs ilinin başlanması münasibətilə təbrik etdi, şagirdlərə təhsildə uğurlar arzuladı, xatirə şəkli çəkdirdi.

Mehriban xanıma Azərbaycan Prezidenti ilə birlikdə Şamaxıya səfərlərini, Fondun rayonda həyata keçirdiyi layihələri əks etdirən, eləcə də bu qədim diyarın mədəni, tarixi abidələrinin fotoşəkillərindən ibarət albom təqdim olundu.

Fondun prezidentinin Şamaxıda keçirdiyi növbəti görüş isə 16 gənc məcburi köçkün ailəsinə, onların doğma və əzizlərinə sonsuz sevinc bəxş etdi. Şəhərin mərkəzində vaxtilə internat məktəbin yataqxanası olmuş köhnə bina əsaslı şəkildə yenidən qurularaq hər biri 52 kvadratmetr sahəsi olan 2 otaqlı mənzillərə çevrilmiş, mətbəx, yataq mebeli dəstləri, təzə qaz sobaları, soyuducu və digər zəruri avadanlıqla təchiz edilərək, xüsusilə çətin şəraitdə yaşayan gənc məcburi köçkün ailələrinin istifadəsinə verilmişdir.

Bu təşəbbüs və ideyanın müəllifi də Mehriban xanım özü olmuşdur. O, Şamaxıya ötənilki səfəri zamanı burada olmuş, məcburi köçkünlərin ağır yaşayış şəraitini görmüş, binanın tamamilə təzə görkəmə salınacağını bildirmişdi.

Mehriban xanım mənzilləri gəzdi, daimi qazı, isti və soyuq suyu, etibarlı işıq sistemi ilə təmin edilmiş otaqlara baxdı, burada yaradılmış şəraitdən duyduğu sevinci mənzil sahibləri ilə bölüşdü. Ağdam, Kəlbəcər və Laçından olan ailələrə mənzillərin order və açarlarını təqdim etdi. Əsil bayram əhvali-ruhiyyəsində olan ailələr Mehriban xanıma, Azərbaycan Prezidentinə, onların övladlarına ən xoş arzularını, minnətdarlıqlarını çatdırdılar.

Mehriban xanım dövlətimizin başçısının məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıtması üçün bütün mümkün olan tədbirləri gördüyünü bildirdi, aparılan siyasətin uğuruna inandığını söylədi.

Məcburi köçkünlərlə, təzə mənzil sahibləri ilə xatirə şəkli çəkdirən Mehriban xanım daha sonra onu çay süfrəsinə dəvət edən ağdamlı Çiçək Şahməmmədovanın qonağı oldu.

Şamaxının səfalı guşəsində yerləşən Sağyan kəndində inşa edilmiş 160 yerlik məktəb də Heydər Əliyev Fondunun yeni dərs ilində kənd sakinlərinə layiqli töhfəsi oldu.

Sürüşmə zonasında tikilmiş köhnə məktəbin binasında çatlar əmələ gəldiyinə, dərs keçmək təhlükəli olduğuna görə Heydər Əliyev Fondu aparılmış monitorinqdən sonra burada yeni bina tikilməsini “Yeniləşən Azərbaycana yeni məktəb” proqramının ikinci mərhələsinə daxil etmişdi. Qısa vaxtda kəndin ən mənzərəli guşəsində müasir tələblərə cavab verən təzə məktəb inşa edilmiş, təzə avadanlıqla, kompyuterlərlə, kitabxana isə lazımi ədəbiyyatla təmin olunmuşdur.

Ulu öndər Heydər Əliyevin məktəbin giriş qapısı üstündə yazılmış “Azərbaycanın gələcək tərəqqisi, hərtərəfli inkişafı, uşaqların, gənclərin yüksək səviyyədə təhsil almasından çox asılıdır” kəlamı diqqəti cəlb edirdi. Foyedəki lövhədə isə Prezident İlham Əliyevin “Orta məktəbdə oxuyan hər bir gənc yüksək savad almalı, kamil biliyə malik olmalıdır ki, doğma vətənimizə, ölkəmizə səmərəli xidmət göstərsin və Azərbaycanın potensialını gücləndirsin” sözləri yazılmışdı.

Bayramsayağı bəzədilmiş məktəbin həyətində Mehriban xanım gül-çiçəklə qarşılandı. O, əvvəlcə Heydər Əliyev Fondunun Şamaxıda həyata keçirdiyi layihələri, aparılan tikinti işlərini əks etdirən lövhəyə baxdı. Rayon icra hakimiyyətinin başçısı məlumat verdi ki, Çaylı, Quşçu, Qəleybuğurd və İkinci Cabanı kəndlərində Fondun təşəbbüsü ilə 200 yerlik təzə məktəblər tikilmiş, bəzilərində isə əsaslı təmir və tikinti işləri davam etdirilir.

Mehriban xanım təzə məktəbdə tikintinin keyfiyyəti, avadanlıqla və müəllim kadrları ilə təminatla maraqlandı, kitabxanaya, kompyuter otağına baxdı.

Direktor Viktor Əliyev kollektivin ən xoş arzularını Mehriban xanıma yetirdi, təzə məktəbin müəllim və şagirdlərə qol-qanad verdiyini vurğuladı.

Mehriban Əliyeva burada toplaşan müəllimlərə, şagirdlərə, kənd sakinlərinə təzə məktəbin açılışı münasibətilə gözaydınlığı verdi, onların şəxsində bütün şamaxılılara dövlətimizin başçısının salamlarını çatdırdı. Ölkəmizin hər yerində bundan sonra da belə yeni təhsil ocaqlarının tikiləcəyini, Heydər Əliyev Fondunun da bu işlərin önündə gedəcəyini bildirdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ceyhun Bayramov AQEM-in Baş katibi ilə VII Sammitin nəticələrini müzakirə edib

Azərbaycanın zəngin mədəni irsi Buxara tələbələrinə təqdim edilib

AMADA-nın icraçı direktoru Yunanıstanda süni intellektin antidopinqdə tətbiqi barədə çıxış edib

Cəzaçəkmə müəssisəsinə narkotik vasitənin və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb

Birləşmiş Ştatların gündəlik neft hasilatı azalır

ABŞ-nin neft ehtiyatları azalıb

“Tərəqqi" medalı ilə təltif olunan paralimpiyaçı: Elə bil dünyanı mənə verdilər

DSX: 35 kiloqram narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb

Azərbaycanın milli dəyərləri qoruması qədim türk mədəniyyətinin yaşadılmasına mühüm töhfə verir - ŞƏRH

“Rəqəmsal rabitə” informasiya sisteminin effektivliyi məlumatın düzgünlüyü, təhlükəsizliyi və fasiləsiz əlçatanlığı ilə ölçüləcək - AÇIQLAMA

FHN işğaldan azad olunmuş ərazilərdəki minatəmizləmə fəaliyyəti ilə bağlı Ağdama mediatur təşkil edib

2030-cu ildə orta illik inflyasiyanın 4,3 faiz olacağı gözlənilir

Azərbaycanın qış turizmi imkanları Çin bazarında təqdim olunub

Prezident təqaüdçüsü: Ətrafımdakılar bacarmayacağımı desə də, məqsədimə çatmaq üçün çalışdım

Aşıq Nəcəfin yaradıcılığı Qərbi Azərbaycanın mədəni yaddaşı kontekstində

Əcnəbi tələbələr BDU-nun tarixi və fəaliyyəti ilə tanış olublar

“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ərazisində avtobus marşrutları üzrə dəyişikliklər ediləcək

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti Rumıniyanın Milli Səlahiyyətli Qiymətləndiricilər Assosiasiyası ilə memorandum imzalayıb

Portuqaliya millisinin baş məşqçisinin vəkili Ronaldunun davranışını tənqid edib

ATU və İstanbul Nişantaşı Universiteti arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Siyasi şərhçi :Dayanıqlı sülh həm də beynəlxalq öhdəliklərin yerinə yetirilməsindən asılıdır

Yerli istehsaldan qlobal bazarlara: Azərbaycanın qida sənayesi üçün imkanlar - Panel sessiya

® “PAŞA Holdinq”ə daxil olan “Agro Dairy” şirkəti autizmli uşaqların sosial həyatda fəal iştirakını dəstəkləyir

® “Azercell”dən “MiFi” və “Wi-Fi” cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan

Azərbaycanda ət və yumurta istehsalı artıb

Fransa 2027-ci il üçün Aİ büdcəsinə 30,91 milyard avro ayıracaq

DYP yol hərəkəti təhlükəsizliyinin təmin olunmasında süni intellekt əsaslı avadanlıqlardan istifadə edir

Mərkəzi Bank “BlackRock”la mümkün əməkdaşlıq perspektivlərini müzakirə edib

Qarşıdakı 4 ildə Azərbaycan iqtisadiyyatına 108,6 milyard manat investisiya yatırılacaq

Rumıniya Senatının üzvləri Azərbaycanın qiymətləndirmə sektorunun inkişafı barədə məlumatlandırılıblar

Türk nazir: İstanbul tarixinin ən böyük sel fəlakətlərindən birini yaşadı

Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb

Sürücünün sükan arxasında yuxulaması sərnişinin həyatına son qoyub VİDEO

Sürücünün sükan arxasında yuxulaması sərnişinin həyatına son qoyub VİDEO

Həmkarlar ittifaqlarının müasir dövrdə qarşısında duran vəzifələr açıqlanıb

Pərviz Şahbazov: 2023-cü ildən indiyədək Vyetnama 1,1 milyon tondan çox neft tədarük edilib

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 26 mindən çox nikah bağlanıb

Təcili tibbi yardım xidmətində müasir rəqəmsal texnologiyaların tətbiqinə başlanılır

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

Vüqar Zifəroğlu: Azərbaycan jurnalistikasının qarşısında kifayət qədər ciddi çağırışlar dayanır VİDEO

Vüqar Zifəroğlu: Azərbaycan jurnalistikasının qarşısında kifayət qədər ciddi çağırışlar dayanır VİDEO

AQEM-in transformasiyası və Azərbaycanın üzərinə düşən tarixi məsuliyyət – ŞƏRH

Əmək Məcəlləsində dəyişiklik edilir

“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub

FAO-nun nümayəndəsi: Qarşımızda hələ də çoxsaylı çağırışlar var VİDEO

FAO-nun nümayəndəsi: Qarşımızda hələ də çoxsaylı çağırışlar var VİDEO

Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər təltif edilib - SƏRƏNCAM

Sabah hava əsasən yağmursuz keçəcək

Azərbaycanda bu ilin səkkiz ayında 56 mindən çox körpə doğulub

Prezident İlham Əliyev Gürcüstanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Dövlət adından yaradılan bir sıra publik hüquqi şəxslərin fəaliyyətinin yenidən təşkili ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 iyun tarixli 700 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi, Fərmanının və Sərəncamının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qoşqar Təhməzli: Azərbaycanda yem təhlükəsizliyi ilə bağlı ciddi tədbirlər həyata keçirilir VİDEO

Qoşqar Təhməzli: Azərbaycanda yem təhlükəsizliyi ilə bağlı ciddi tədbirlər həyata keçirilir VİDEO

Maliyyə Nazirliyi: 2030-cu ildə dövlət borcunun ÜDM-in 20,4 faiz səviyyəsində olacağı gözlənilir

Sahib Paşazadə Yakutiyada XVI Beynəlxalq Arktika Musiqi Festivalında çıxış edib

Vinisius müasir dövrün ulduz futbolçuları arasında ən çox qırmızı vərəqə alan oyunçudur

Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

Qırğızıstanda seçkilər ərəfəsində İctimai Müşahidə Mərkəzi yaradılacaq

Azərbaycan əhalisinin sayı açıqlanıb

Binəqədidə yeni işıqforlar quraşdırılıb VİDEO

Binəqədidə yeni işıqforlar quraşdırılıb VİDEO

2027-ci ildə qeyri-neft baza kəsrinin qeyri-neft ÜDM-ə nisbətinin 0,3-1,2 faiz bəndi intervalında dəyişməsi gözlənilir

Keçən ay Arktikada dəniz buzu səviyyəsində ilin ən aşağı göstəricisi qeydə alınıb

AQTA sədri: Konservləşdirilmiş məhsullar ev şəraitində sanitar-gigiyenik rejimə əməl olunmaqla hazırlanmalıdır VİDEO

AQTA sədri: Konservləşdirilmiş məhsullar ev şəraitində sanitar-gigiyenik rejimə əməl olunmaqla hazırlanmalıdır VİDEO

Azərbaycan millisinin futzalçısı: İnanıram ki, dünya çempionatına vəsiqə qazanacağıq

AZSTAND: Azərbaycanda 2026-2028-ci illər ərzində 4 minə yaxın normativ sənədin hazırlanması nəzərdə tutulur

Neft qiymətləri üzrə risk ssenariləri baza ssenaridən müsbət və mənfi istiqamətdə 5-20 dollar arasında kənarlaşmalar əsasında formalaşdırılıb

Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib YENİLƏNİB 2  VİDEO

Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib YENİLƏNİB 2 VİDEO

Doqquz ayda külək elektrik stansiyalarından istehsal 27 dəfə artıb

Fransalı rejissorlardan həyəcan təbili: Yeni büdcə layihəsi 400 filmin istehsalını təhlükəyə atır

Tibb xidmətində hərbi qulluqçuların hüquqi statusu müəyyənləşir

Yaşıl Kart sistemi üzrə fəaliyyət göstərmək hüququ olan sığorta şirkətləri açıqlanıb

Reabilitasiya tədbirləri ilə daha 120-dən çox qazi əvvəlki sağlamlığına qovuşub

Bu il Azərbaycanda 620 yeni dövlət standartı qəbul edilib

Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək

Azərbaycanda sekyuritizasiya fəaliyyəti üzrə hüquqi baza yaradılır

Azərbaycanda neft bitumu və neft koksu istehsalının həcmi 7 faizdən çox artıb

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 16 oktyabr

Agentlik sədri: Heyvanların yaşa və cinsə görə kəsilməsi məsələsinin tənzimlənməsinə ehtiyac var VİDEO

Agentlik sədri: Heyvanların yaşa və cinsə görə kəsilməsi məsələsinin tənzimlənməsinə ehtiyac var VİDEO

Bir əsrlik tarixə işıq salan məkan: Şəki Tarix-Diyarşünaslıq Muzeyi- REPORTAJ VİDEO

Bir əsrlik tarixə işıq salan məkan: Şəki Tarix-Diyarşünaslıq Muzeyi- REPORTAJ VİDEO

Neft məhsullarının istehsal dəyəri 4,6 milyard manatı ötüb

Mərkəzi Bankın səlahiyyətləri genişləndirilir

Hadrutda energetiklər üçün təşkil olunan müsabiqənin final turu başlayıb

Mingəçevir Dövlət Universiteti beynəlxalq qiymətləndirmədə 5 ulduza layiq görülüb

2027-2030-cu illərdə azad edilmiş ərazilərdə yenidənqurma və bərpa xərclərinin 13,2 milyard manat olacağı gözlənilir

Səudiyyə Ərəbistanında Asiya çempionatına hazırlıqlar davam etdirilir

Parlament təsdiqlədi: Qubanın iki bələdiyyəsinin adları dəyişdirilir

Bu il Azərbaycanın nəql etdiyi qazın 57 faizə yaxını Bakı-Tbilisi-Ərzurumun payına düşüb

Dələduzluqda ittiham olunan şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib

Xüsusi xidmət orqanları əməkdaşlarının pul və maddi təminatı ilə bağlı normalar təkmilləşdirilir – qanun layihəsi təsdiqlənib

“CBS News”: ABŞ generalı İran müharibəsindən əvvəl Amerikada raket çatışmazlığı barədə xəbərdarlıq etmişdi

Bakı-Tbilisi-Ceyhan kəməri ilə daşınan neftin həcmi açıqlanıb

Milli Məclis dövlət qulluqçuları və hərbçilərin pensiya təyinatı ilə bağlı qanun layihəsini qəbul edib

UNEC beynəlxalq reytinqdə uğur qazanıb

Fransada inflyasiya səviyyəsi 3,1 faizə çatıb

Parlament Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsini təsdiqləyib

Sahibə Qafarova: Dövlətimizin başçısı İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçildiyi gün ölkəmizin tarixində xüsusi yer tutur

Ötən gün aşkarlanan qanunsuz silah-sursatın sayı açıqlanıb

Nigeriyada hərbi hissəyə hücum nəticəsində 20 nəfər ölüb

Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsinin nəticələri açıqlanıb

Mərkəzi Bank: Əbu-Dabi Kommersiya Bankı və “UBS Asset Management”lə maliyyə sektorunun inkişaf meyilləri müzakirə edilib

FAO-nun nümayəndəsi: İnnovasiyalar fermerlərin problemlərinin həllinə kömək edə bilər VİDEO

FAO-nun nümayəndəsi: İnnovasiyalar fermerlərin problemlərinin həllinə kömək edə bilər VİDEO

AzTU-nun 5 tələbəsi “Huawei”in təqaüd proqramının qalibi olub