Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Heydər Əliyev İli”nə Zəfər bayrağı ilə!” vətənpərvərlik marafonu davam edir

Bakı, 27 dekabr, AZƏRTAC

Paytaxt Bakıdan start götürən “Heydər Əliyev İli”nə Zəfər bayrağı ilə!” adlı vətənpərvərlik marafonunun ilk dayanacağı Gəncə şəhəri olub.

AZƏRTAC xəbər verir ki, “Qələbə marşı”nın sədaları altında mərasim meydanına gətirilən Zəfər bayrağını şəxsi heyət hərarətli alqışlarla qarşılayıb. Rəşadətli Azərbaycan Ordusu, qəhrəman Azərbaycan xalqı və Müzəffər Ali Baş Komandanla bağlı şüarlar səsləndirilib.

Ümummilli Lider Heydər Əliyevin, respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni ifa olunub.

Layihənin müəllifi Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani 2023-cü ilə - “Heydər Əliyev İli”nə sayılı günlər qaldığını qeyd edərək, Ulu Öndərin Vətən qarşısında tarixi xidmətləri barədə ətraflı məlumat verib.

Nəzərə çatdırılıb ki, 2023-cü ildə 100 illiyini ümumxalq bayramı kimi qeyd edəcəyimiz Heydər Əliyev böyük siyasi və dövlət xadimi, xalqın şəksiz lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilib. Tarixin yetirdiyi görkəmli şəxsiyyətlərdən olan Heydər Əliyevin parlaq siyasi zəkası sayəsində iki əsrin və iki minilliyin qovuşuğundakı Azərbaycan öz milli-mənəvi dəyərlərini qoruyaraq üçüncü minilliyə inamla qədəm qoyub. Heydər Əliyev zəkası bütün sədləri yararaq və qarşıya çıxan bütün çətinliyə baxmayaraq, Azərbaycanı olduqca mürəkkəb dövrün dalğaları arasından salamat çıxarıb, ona həm bölgədə, həm də dünyada layiqli yer qazandırıb.

Vurğulanıb ki, xalqımızın yetirdiyi nadir şəxsiyyətlərdən olan Heydər Əliyev yaşadığı fırtınalı həyatı boyu hər zaman xalqını, Vətənini düşünüb, onun böyük ürəyi Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, doğma xalqının xoşbəxtliyi üçün çırpınıb. Heydər Əliyev dövlət başçısı kimi Azərbaycanı ən çətin anlarda xilas etmək üçün misilsiz fədakarlıqlar göstərib, ölkəsini bəlalardan qurtarmağı bacarıb.

Müasir Azərbaycan Ordusunun yaranmasının, formalaşmasının, qüdrətli bir qüvvəyə çevrilməsinin memarının da məhz Heydər Əliyev olduğunu qeyd edən polkovnik Abdulla Qurbani Ulu Öndərlə bağlı xatirələrini, əbədiyaşar liderin şəxsi heyətlə görüşlərini xatırlayıb.

Quru Qoşunlarının rəhbər heyətinin salamlarını şəxsi heyətə və vətənpərvərlik marafonunun iştirakçılarına çatdıran polkovnik Saleh Kələntərli Heydər Əliyevin baş memarı olduğu müasir Azərbaycan Ordusunun Ulu Öndərin özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib orduya çevrildiyini, şanlı hərb tariximizə parlaq səhifələr yazaraq dünyanı heyrətə gətirdiyini, 44 günlük Vətən müharibəsində Qarabağ həsrətinə son qoyduğunu, bütün xalqımız kimi qəhrəman Vətən müdafiəçilərinin də Yeni ilə - “Heydər Əliyev İli”nə Zəfər bayrağı altında yeni-yeni uğur və nailiyyətlərlə getdiyini böyük fərəh hissi ilə dilə gətirib.

Hərbi Dəniz Qüvvələrinin zabiti ədliyyə baş leytenantı Rüstəm Əliyevin aparıcılığı ilə təqdim olunan ədəbi-bədii proqram şəxsi heyət tərəfindən alqışlarla qarşılanıb.

Əməkdar artist polkovnik-leytenant Cahangir Qurbanovun bədii rəhbərliyi ilə Həzi Aslanov adına Ordu İdeoloji Mədəniyyət Mərkəzinin yaradıcı kollektivi Ulu Öndərin xatirəsinə həsr edilən mahnı və şeirləri, o cümlədən mədəniyyətimizin böyük hamisi Heydər Əliyevin sevdiyi mahnıları, şeirləri böyük sevgi ilə ifa ediblər.

“Heydər Əliyev İli”nə Zəfər bayrağı ilə!” adlı vətənpərvərlik marafonu keçirilən gün üç aylıq “Gənc əsgərlər kursu”nu uğurla başa vuran müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının bölgüsü aparılıb. Ertəsi gün onlar xidmətlərini davam etdirmək üçün böyük ruh yüksəkliyi ilə müxtəlif hərbi hissələrə yola salınıblar. Gənc əsgərlər “Heydər Əliyev İli”ndə yeni-yeni Zəfərlərə imza atacaqlarına söz veriblər.

x x x

Quru Qoşunların Gəncə Qarnizonunun digər bir hərbi hissəsində “Heydər Əliyev İli”nə Zəfər bayrağı ilə!” adlı vətənpərvərlik marafonu çərçivəsində keçirilən tədbir də şəxsi heyətin həyatında unudulmaz hadisəyə çevrilib.

Əvvəlcə Heydər Əliyevin hərbi hissənin qərargahı qarşısında ucaldılan büstü ziyarət olunaraq önünə əklil və güllər qoyulub, xatirəsi ehtiramla yad edilib.

Layihənin müəllifi polkovnik Abdulla Qurbani “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!” kəlamı dillər əzbəri olan Ulu Öndərin Vətənə, dövlətə, xalqa həsr olunan mənalı ömür yolundan söhbət açıb, tarixi xidmətləri barədə ətraflı məlumat verib.

Çıxış edənlər Heydər Əliyevin əsasını qoyduğu müasir Azərbaycan Ordusunun tarixi Qələbəsindən söz açıblar.

Qeyd olunub ki, Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə xalqımızın birliyinin, həmrəyliyinin, dövlətimizin iqtisadi gücünün, rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin şücaətinin, qəhrəmanlığının, fədakarlığının, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik məharətinin, qətiyyətinin, hücum diplomatiyasının və əlbəttə, Ulu Öndər Heydər Əliyevin ideyalarının, azərbaycançılıq məfkurəsinin qələbəsidir. Vətən müharibəsindən keçən iki ildən çox müddət ərzində ordu quruculuğu sahəsində mühüm islahatlar həyata keçirilib, yeni-yeni hərbi hissələr, şəhərciklər yaradılıb, Ordunun maddi-texniki bazası daha da möhkəmləndirilib. Hərbi təlimlər geniş vüsət alıb, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı, döyüş ruhu daha da yüksəldilib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin hərbi hissələrə vaxtaşırı səfərləri, şəxsi heyətlə səmimi görüşləri, hərbi qulluqçuların sosial şəraitinin daha da yaxşılaşdırılması naminə görülən məqsədyönlü tədbirlər müsbət nəticələrini verməkdədir.

Azərbaycan Ordusunun bölmələri məğlubiyyətlə heç cür barışa bilməyən düşmənin təxribatlarının qarşısını vaxtında və qətiyyətlə alaraq respublikamızın təhlükəsizliyinin keşiyində mərdliklə dayanıblar.

Çıxış edənlər “Heydər Əliyev İli”nin bütün xalqımız və dövlətimizin həyatında olduğu kimi, Azərbaycan Ordusunun həyatında da əlamətdar olacağına əminliklərini bildiriblər.

Zabit Rüstəm Əliyevin aparıcılığı ilə ədəbi-bədii proqram təqdim olunduqdan sonra alqışlar altında Zəfər bayrağı işğaldan azad edilən Xocavənd rayonunun Hadrut qəsəbəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bir il öncə açılışını etdiyi ilk Əməliyyat Komando hərbi hissəsinə yola salınıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Baş nazir Əli Əsədov Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub

Şahbuzda hərbi sursat aşkarlanıb

Ağdərədə avtomobil aşıb, xəsarət alanlar var

Azərbaycan yeni regional nizamın formalaşdırılmasında aparıcı siyasi aktor kimi çıxış edir ŞƏRH

Nabran yolu nə vaxt açılacaq?

“Politico”: Ursula Fon der Lyayen üçüncü müddətə namizəd olmayacaq

Baş direktor: İİB ölkələrinin qarşısında duran əsas problemlərdən biri orta gəlir məsələsidir

Dünya çempionatı: Avstriya millisi İordaniyanı məğlub edib

Naxçıvanda vergi ödəyicilərinin sayı 7,2 faiz artıb

BMT üzv dövlətləri minaları qadağan edən müqaviləyə əməl etməyə çağırıb

“Araz-Naxçıvan” daha bir futbolçusu ilə müqaviləni yeniləyib

Prezident İlham Əliyev ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul edib

Azərbaycan regional lider kimi böyük məsuliyyət daşıyan strateji kurs seçib - ŞƏRH

MSK-nın nümayəndə heyəti Gürcüstanda beynəlxalq tədbirdə iştirak edəcək

AMB sədri: İslam maliyyəsi spekulyasiya və borc köpüklərindən uzaq durmaqla dayanıqlı inkişafı təşviq edir

Tovuzda çayda batan 22 yaşlı gəncin meyiti tapılıb

MN: Pirəkəşküldə istismar müddəti başa çatmış döyüş sursatları məhv ediləcək

Taleh Kazımov: Azərbaycanda sukuk alətlərinin tətbiqi üçün İslam İnkişafı Bankı ilə birgə layihə həyata keçiririk

Azərbaycan nefti 82 dollara satılır

Mərkəzi Bank: İslam maliyyəsi risk platforması əsasında çox gözəl alətlər təqdim edir

Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb

Baş nazir Əli Əsədova “Bright Uzbekistan” layihəsi təqdim olunub

Bu gün Azərbaycanda tibb işçilərinin peşə bayramıdır

Bu gün Ümumdünya Səhralaşma və Quraqlıqla Mübarizə Günüdür

Dənizin ortasında şəhər: Dünyanın ən böyük neft platformaları

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

Çin xarici ticarət təzyiqinə boyun əyməyəcəyini bəyan edib

Dünya çempionatı: Messinin het-triki Argentinaya Əlcəzair üzərində qələbə qazandırıb

İsveçdə uşaqlar üçün məcburi dil hazırlığı planlaşdırılır

G7 liderləri Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi barədə razılığa gəliblər

Zelenskinin ABŞ Prezidenti ilə görüşəcəyi gözlənilir

Dünya çempionatı: Norveç qələbə qazanıb

Avropa Parlamenti aviareyslərdə pulsuz əl yükü ilə bağlı yeni qaydaları dəstəkləyib

Mbappe Fransa millisinin tarixində ən çox qol vuran futbolçu olub

Ordubadda 538 abonentin təbii qaz təchizatı dayandırılıb

Vens: ABŞ-İran razılaşması İsrail, Livan və Körfəz ölkələrini də əhatə edəcək

Fransa dünya çempionatında Seneqalı məğlub edib

Mbappe dünya çempionatlarında vurduğu qolların sayına görə Peleni geridə qoyub

Pekin Böyük Britaniyadan Çin şirkətlərinə qarşı sanksiyaların ləğvini tələb edib

CNN: ABŞ Hörmüz boğazı üzərində nəzarəti faktiki olaraq İrana verib

İran İsraili Livanda atəşkəsi pozmağı dayandırmayacağı təqdirdə sərt cavab verəcəyi ilə hədələyib

Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq

FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb

Kənd təsərrüfatında 2030-cu ilə qədər yeni inkişaf mərhələsi formalaşacaq –  EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Kənd təsərrüfatında 2030-cu ilə qədər yeni inkişaf mərhələsi formalaşacaq – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı kənd təsərrüfatında ekstensiv modeldən intensiv modelə keçidi ehtiva edir VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı kənd təsərrüfatında ekstensiv modeldən intensiv modelə keçidi ehtiva edir VİDEO

NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək

Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək

Nazir: Aqrar sahəyə yatırılacaq investisiyanın 3,7 milyard manatı özəl sektorun, 2,2 milyard manatı isə dövlətin payına düşür VİDEO

Nazir: Aqrar sahəyə yatırılacaq investisiyanın 3,7 milyard manatı özəl sektorun, 2,2 milyard manatı isə dövlətin payına düşür VİDEO

Məcnun Məmmədov: Azərbaycan sabitliyi, coğrafi mövqeyi və təşviq mexanizmləri ilə xarici investorlar üçün münbit şərait yaradıb VİDEO

Məcnun Məmmədov: Azərbaycan sabitliyi, coğrafi mövqeyi və təşviq mexanizmləri ilə xarici investorlar üçün münbit şərait yaradıb VİDEO

Bakıda 8-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu təşkil olunub

Parisdə Azərbaycan-UNESCO tərəfdaşlığının prioritetləri müəyyənləşdirilib

Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik

Yapon xoreoqrafı: Buto qaranlıq rəqsidir

Məcnun Məmmədov: İşğaldan azad olunmuş ərazilərdə minimal əkin sahəsi hədəfi 5 hektardır VİDEO

Məcnun Məmmədov: İşğaldan azad olunmuş ərazilərdə minimal əkin sahəsi hədəfi 5 hektardır VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı çərçivəsində subsidiyaların daha çox məhsuldarlığa yönəldilməsi nəzərdə tutulur -  EKSKLÜZİV VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı çərçivəsində subsidiyaların daha çox məhsuldarlığa yönəldilməsi nəzərdə tutulur - EKSKLÜZİV VİDEO

Kənd təsərrüfatı naziri: Aqrar sahədə yeni subsidiya alətləri, süni intellekt və rəqəmsallaşma tətbiq ediləcək - EKSKLÜZİV VİDEO

Kənd təsərrüfatı naziri: Aqrar sahədə yeni subsidiya alətləri, süni intellekt və rəqəmsallaşma tətbiq ediləcək - EKSKLÜZİV VİDEO

Azərbaycan və Əlcəzair iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını dəyərləndirib

Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub

“Qarabağ” növbəti transferini gerçəkləşdirib

Bu saata olan əsas xəbərlər

Azərbaycanda ilk dəfə olaraq istixana üzrə ixtisaslaşmış aqroparkın yaradılması nəzərdə tutulur

Azərbaycanda ilk dəfə heyvandarlıqda məhsul subsidiyası tətbiq ediləcək

Tovuzda 22 yaşlı oğlan çayda batıb

Sahib Paşazadə Özbəkistan Dövlət Konservatoriyasında Dövlət İmtahan Komissiyasına sədrlik edib

İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində HELF Forum və AZHAB Forum keçirilib

Ekspertiza İssık-Kul gölündə Formula 1 yarışlarının keçirilməsinin təhlükəsiz olduğunu təsdiqləyib

“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib

Atlar xəstə insanların sağalmasına necə kömək edir? – Azərbaycanda ippoterapiyaya maraq və nəticə VİDEO

Atlar xəstə insanların sağalmasına necə kömək edir? – Azərbaycanda ippoterapiyaya maraq və nəticə VİDEO

Dövlət Baxçalı: Zəngəzur dəhlizi Türk dünyasının Qərbi ilə Şərqini birləşdirən strateji həlqədir

IDEA-nın eksperti: Xəzər dənizinin səviyyəsinin enməsi problemini dünya ictimaiyyətinə çatdırmaq lazımdır VİDEO

IDEA-nın eksperti: Xəzər dənizinin səviyyəsinin enməsi problemini dünya ictimaiyyətinə çatdırmaq lazımdır VİDEO

Qubada sürüşmə baş verən ərazidən REPORTAJ VİDEO

Qubada sürüşmə baş verən ərazidən REPORTAJ VİDEO

Azərbaycan hərbçiləri “Qafqaz Qartalı - 2026” təlimində iştirak edirlər

Yalçın Rəfiyev: Bonnda Xəzərin səviyyəsinin enməsinə həsr olunmuş tədbirin keçirilməsi çox əhəmiyyətlidir VİDEO

Yalçın Rəfiyev: Bonnda Xəzərin səviyyəsinin enməsinə həsr olunmuş tədbirin keçirilməsi çox əhəmiyyətlidir VİDEO

Böyük Britaniya ilə Aİ arasında ikinci sammitin keçiriləcəyi tarix məlum olub

Bölgələrdə 37 günərzi qayğı mərkəzi fəaliyyət göstərir

Baş icraçı direktor: Qlobal halal şəbəkəsinin yaradılması çox vacibdir

BMT rəsmisi: Azərbaycanın Xəzərin ekoloji dayanıqlılığının təmin olunması istiqamətində fəaliyyətini yüksək qiymətləndiririk VİDEO

BMT rəsmisi: Azərbaycanın Xəzərin ekoloji dayanıqlılığının təmin olunması istiqamətində fəaliyyətini yüksək qiymətləndiririk VİDEO

Füzulidə özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara infotur təşkil edilib

Nazir: Nigeriya halal iqtisadiyyatı çərçivəsində dayanıqlı inkişaf məqsədlərinə töhfə vermək niyyətindədir

Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Energetik içkilər adi sərinləşdirici içkilər deyil: İstehlakçılar nələrə diqqət etməlidirlər?

Seymur Səfərli: Yeni Dövlət Proqramında ilk dəfə olaraq sertifikatlaşma subsidiyası tətbiq ediləcək VİDEO

Seymur Səfərli: Yeni Dövlət Proqramında ilk dəfə olaraq sertifikatlaşma subsidiyası tətbiq ediləcək VİDEO

Şahzadə Corc illik təhsil haqqı 63 min funt sterlinq olan Eton Kollecində oxuyacaq

Milli Süni İntellekt Mərkəzi ölkə gənclərinin süni intellekt savadlılığının artırılmasını dəstəkləyir

Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək

Sərginin kuratoru: Ortaq sənət növlərimiz Azərbaycan-Türkiyə qardaşlığının mühüm təzahürüdür

İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq

Baş prokuror Naxçıvan Muxtar Respublikasında vətəndaşları qəbul edib

Vens: Körfəz ərəb ölkələri İranla sülh planına Yaxın Şərqdə yeni dövrün başlanğıcı kimi baxır

ABŞ Rusiya neftinin tədarükü ilə bağlı sanksiyaları bərpa etməyi planlaşdırır

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib

Zeynal Nağdəliyev: Yeni Dövlət Proqramı aqrar sahədəki böyük islahatların keyfiyyətcə yeni mərhələsidir VİDEO

Zeynal Nağdəliyev: Yeni Dövlət Proqramı aqrar sahədəki böyük islahatların keyfiyyətcə yeni mərhələsidir VİDEO

Həm sakinlər güvəndə, həm heyvanlar - Oğuzun “Yuva” sığınacağından reportaj

“Masdar”: Azərbaycan xarici investisiyalar üçün ən cəlbedici ölkələrdən birinə çevrilib

Daşkənddə Azərbaycan və Özbəkistanın Baş nazirlərinin iştirakı ilə ikitərəfli sənədlər imzalanıb

Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb

İşğal dövründə Azərbaycanın mədəni və dini irsi sistemli vandalizmə məruz qalıb

Qarabağ Universitetinin kafedra müdiri: Dövlət səviyyəli tədbirlərdə tələbələrimizlə eyni səhnəni bölüşmək qürurvericidir VİDEO

Qarabağ Universitetinin kafedra müdiri: Dövlət səviyyəli tədbirlərdə tələbələrimizlə eyni səhnəni bölüşmək qürurvericidir VİDEO

Məhkəmə Ekspertizası Mərkəzi ilə Azərbaycan Texniki Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb